“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri elan olunacaq » Hərbiand

Son Dəqiqə:

“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri elan olunacaq

Beynəlxalq Muğam Mərkəzində Ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri elan olunacaq.

 

 

 

6d7c3012ba32ee9cc7b97054c023b604Sabah, 11 mart 2016-cı il,  saat 19:00-da, Beynəlxalq Muğam Mərkəzində Ümumilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Müsabiqə Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi əsasında həyata keçirilib.

Mükafatlandırma mərasimində komitə rəhbərlərinin, millət vəkillərinin, tanınmış ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin iştirakı nəzərdə tutulub.

Şərh Yaz