Faiq Qurbanov: “Gənclik insanın ən həssas dövrüdür” » Hərbiand

Son Dəqiqə:

Faiq Qurbanov: “Gənclik insanın ən həssas dövrüdür”

10270129_10201155566970259_159433018_nFaiq QURBANOV: “Fiziki və mənəvi inkişafla yanaşı, vətənpərvərlik tərbiyəsində də gözlədiyimiz vətəndaşlıq mövqeyi günü-gündən artmaqdadır”

Gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin bariz nümunəsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda “Gənclər evi”nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və digər işlərin görülməsi bir daha onu göstərir ki, Azərbaycan dövlətinin gənclərlə bağlı yeritdiyi siyasət uğurludur.

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti Səbail rayon gənclərinin də fəaliyyətində, onların istedadlarının üzə çıxmasında, fiziki və mənəvi cəhətdən inkişaf etməsində, layiqli vətəndaş olaraq yetişməsində mühüm əhəmiyyət kəsb edir. Səbail rayon Gənclər və İdman idarəsinin rəis müavini Faiq Qurbanovla müsahibəmizi də sözügedən istiqamətdə apardıq:

 

– Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti istiqamətində Səbail rayon Gənclər və İdman idarəsi daha çox hansı tədbirlərə üstünlük verir?

– Biz çox sevinirik ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün cənab Prezident tərəfindən həyata keçirilən gənclər siyasəti yeni mərhələsini yaşayır. Azərbaycan dövləti sürətli inkişaf edir və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi imkanları artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və gəncliyin inkişafı, yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir.  Bu siyasət respublikanın hər yerində olduğu kimi, Səbail rayonunda da layiqincə davam etdirilməkdədir. Səbail rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərov gənclərin problemlərinin həlli və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi istiqamətində göstəriş və tapşırıqlarını verir, hec bir zaman öz diqqətini rayon gənclərinin üzərindən əskik etmir. Rayonumuzda dövlət gənclər siyasətinin icrası ilə əlaqədar keçirilən tədbirlər bir neçə istiqamətdə təşkil edilir:

Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyyəsi işinin gücləndirilməsi və ordu sıralarına hazırlamaq. Bu istiqamətdə keçirilən tədbirlərə misal olaraq- ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə “Xalqla yaşanan ömür” mövzusunda dəyirmi masalar, inşa və məqalə müsabiqlərini, Milli Qəhrəmanlar və Vətən Müharibəsi Veteranları ilə görüşlər, gənclər arasında ”Biz Azərbaycanlıyıq” intelektual oyunlar, “Şahinlər” hərbi-vətənpərvərlik düşərgəsi layihəsini, vətənpərvərlik mövzusunda mahni, şeir, inşa və rəsm musabiqələrini, dəyirmi masaları və.s göstərmək olar.

İstedadlı şagird və tələbələrin üzə çıxarılması. Bu istiqamətdə keçirilən tədbirlər  sırasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Siyasi Biliklər” olimpiadasını, icimai-siyasi mövzuda debatları, şəxsi inkişaf mövzusunda təlimləri, müxtəlif mövzulari əhatə edən inşa, məqalə müsabiqələrini  və.s göstərmək olar.

Gənclərin sosial problemlərinin həlli. Bu istiqamətdə keçirilən tədbirlərə isə “Gənclərin məşqulluq problemləri və onlarin həlli yolları” mövzusunda tədbiri, layihələrin hazırlanması təlimlərini, qaçqın və məcburi köçkün ailələrindən olan yeniyetmə və gənclər ücün pulsuz kompüter və dil kurslarını və. s misal göstərmək olar

Rayonumuzun gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, fiziki və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi üçün əlimizdən gələni əsirgəmirik. Nəticədə isə bütün Azərbaycan gənci kimi, Səbail rayon gəncləri də idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.

– Gənclərin asudə vaxtının səmərəli təşkil olunmasında idarə hansı layihələri həyata keçirir?

Hesab edirəm ki, asudə vaxtın vətənpərvərliklə əlaqəsini təhlil etdikdə ortaya bir amil çıxır. O, da idmandır. Çünki ruhən sağlam olmayan gəncin vətənpərvərliyi də zəif olacaq. Qeyd etməliyəm ki, hər şey maddiyyata bağlı olanda bəzən müxtəlif problemlər ortaya çıxa bilir. Məsələn, hansısa gənc ağıllıdır və asudə vaxtını səmərəli keçirmək istəyir. Ola bilər ki, onun maddi imkanı hansısa zala aylıq pul ödəməyə çatmasın. Bütün bunları nəzərə alaraq biz yeniyetmə və gənclər  üçün rayonumuzun orta təhsil məktəblərinin zalından istifadə edərək muxtəlif idman növlərində mütəxəssislərin iştirakı ilə pulsuz məşqlər keçiririk.

Gənclik insanın ən həssas dövrüdür. Bütün zərərli vərdişlərə olan meyl isə boş vaxtın çoxluğundan irəli gəlir. Yeniyetmə və gənclərin də bəzən asudə vaxtı çox olur. Rayonumuzda gənclərin asudə vaxtının səmərəli təşkili iki istiqamətdə aparılır.

Bədən tərbiyəsi və idman sahəsində məktəblilərin spartakiadası,uşaqlar arasında “Cempion” əyləncəli idman oyunu, “Vətənin müdafiəsinı haziram” devizi altında poliatlon çoxnövçülüyü, güllə atıcılığı, futzal, qol güləşi, cido, şahmat, dama, basketbol, valeybol və.s idman yarışları təşkil olunur.

Düşərgələr, ödənişsiz kurslar, yay və qiş məktəbləri istiqamətində “Şahinlər” hərbi-vətənpərvərlik düşərgəsini, qızlar üçün Mərdəkan yay istirahət düşərgəsini, məktəblilər üçün kompüter və dil kurslarını, respublikanın müxtəlif rayonlarında yay və qış məktəblərinə gənclərin göndərilməsini təşkil edirik.

 

Həyata keçirdiyiniz layihələrdə yeniyetmə və gənclərin aktivliyini qənaətbəxş hesab etmək olarmı?

 

– Dünya üzrə ümumi statistik rəqəmlərə nəzər salsaq, gənclərin ictimai-siyasi aktivliyi 12 faiz təşkil edir. Azərbaycanda sorğular əsasında aparılan tədqiqatlara görə, ölkə gənclərinin təqribən 20-22 faizi ictimai-siyasi proseslərdə aktiv rol oynayır. Bu da dünya orta göstəricisindən təqribən 2 dəfə çoxdur. Bu rəqəm Azərbaycan gənclərinin ictimai-siyasi proseslərdə aktiv rola malik olduğunu deməyə əsas verir. Gənclər istər fərdi, istər müxtəlif təşkilatlar, istərsə də partiyalar daxilində öz aktivliklərini nümayiş etdirirlər. Bu çox yaxşı haldır. Gənclərin cəmiyyətə inteqrasiya olunması, digər qrup insanlara kömək etmək məqsədləri, lider kimi formalaşma cəhdləri təqdirəlayiq haldır.  Ona görə də düşünürəm ki, Azərbaycan gənclərinin bir parçası olan Səbail rayon gəncləri kifayət qədər aktiv olmaqla yanaşı, həm savadlı, həm də böyük intellektə malikdir. Rayonumuzda 17 orta,1 orta ixtisas, 6 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyasinin Gənclər Birliyi ilə yanaşı, 17 gənclər təşkilatının mərkəzi ofislərinin rayonumuzun ərazisində yerləşməsi və rayonumuzun ictimai-siyasi həyatın tam mərkəzində olması rayon gənclərinin aktivliyinə bu və ya digər səviyyədə təsir etmiş olur. Bunları da nəzərə alaraq rayon gənclərinin aktivliyini tam şəkildə qənaətbəxş hesab etmək olar.

– Həyata keçirdiyiniz tədbirlər gənclərin fiziki və mənəvi inkişafı istiqamətində, onların vətənpərvərlik tərbiyəsində nə kimi rol oynayır?

– Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 1-də müstəqil Azərbaycan Respublikası gənclərinin I Forumunun birilliyi ilə əlaqədar keçirilən mərasimdəki yekun nitqində demişdir ki: “Gələcəyimiz olan gənclər dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməlidirlər”. Azərbaycan gənclərinin qarşısında qoyulmuş bu mühüm vəzifə onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu sahə ilə məşqul olan hər bir dövlət məmurunun məsuliyyətini daha da artırır. Gənclərimiz həmişə ictimai həyatda fəal olub, çağdaş tariximizin ən taleyüklü dövrlərində öz sözlərini deyib, prinsipial mövqelərini ortaya qoyub. Xalqımızın azadlıq, müstəqillik amallarına, dövlətçiliyimizə sədaqətli olan gənclərimiz bu yolda əsl mübarizlik nümayiş etdirib. Torpaqlarımızın suverenliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşən, əlil olan, şəhidlik zirvəsinə ucalan rayon sakinlərimizin böyük əksəriyyəti gənclər olub. Bu gün gəncliyin yaxın dostu və himayədarı olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, rayonumuzun gəncləri də ölkəmizin bu günü və sabahını düşünür, bunun  üçün də müxtəlif sahələrdə öz tövhələrini verirlər. Rayonda keçirilən muxtəlif yonümlü tədbirlərin nəticəsidir ki, fiziki və mənəvi inkişafla yanaşı, vətənpərvərlik tərbiyəsində də gözlədiyimiz vətəndaşlıq mövqeyi günü-gündən artmaqdadır. Ordumuzun və ölkəmizin modernləşdirilməsi, bütün sahələrin daha da inkişaf etdirliməsi, eyni zamanda fiziki və mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi istiqamətində hər yerdə olduğu kimi, Səbail rayonunda da görülən çoxşaxəli işlər milli vətənpərvərlik tərbiyəsi üçün stimul, baza və istiqamətləndirici faktdır.

 

 

 

Şərh Yaz