Sumqayıtda “Qızların Basketbol Turniri” layihəsinin təqdimatı » Hərbiand

Son Dəqiqə:

Sumqayıtda “Qızların Basketbol Turniri” layihəsinin təqdimatı

1474127297_yenisumqayit-az-2Sentyabrın 16-da Prezident yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsinin qaliblərindən olan “3×3 Qızların Basketbol Turniri” layihəsinin təqdimatı keçirilib.

Layihə rəhbəri Alxan Hüseynli “Yenisumqayit.az”a bildirib ki, təqdimatda tərəfdaş təşkilatların nümayəndələri, layihə əlaqələndiriciləri, habelə layihə maraqlısı olan gənclər iştirak ediblər.

A.Hüseynli qeyd edib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır, bu gün ölkə rəhbərliyi tərəfindən idmana və idmançılara göstərilən diqqət, qayğı biz gəncləri yeni uğurlar əldə etməyə sövq edir. Sumqayıtda da basketbol oyununa marağı olan gənclərimiz var ki, onların bu sahəyə motivasiya edilməsi, marağının artırılması üçün təbliğat işinin aparılması və turnirlərin keçirilməsi lazımdır. Bunun üçün layihənin icrasına hazırlıq mərhələsində qızlardan ibarət yığılacaq 8 komanda arasında olimpiya sistemi üzrə basketbol çempionatının keçirilməsi planlaşdırılır. Çempionatda 14-20 yaşarası xanımlar iştirak edə biləcək.

Bildirilib ki, layihə çərçivəsində 2017-ci ildə Türkiyədə keçiriləcək qadın basketbolu üzrə Dünya Çempionatı haqqında məlumatlar veriləcək və layihənin məqsəd, vəzifələrini özündə əks etdirən bukletlərin çap edilərək paylanılacaq.

Şərh Yaz