Yasamal rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib » Hərbiand

Son Dəqiqə:

Yasamal rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

vvvvvvvv

Oktyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirib.

herbiand.az xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin rolu böyükdür.

Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında aprelin əvvəllərində təmas xəttində baş vermiş döyüşlərdə Azərbaycan Ordusunun düşməni ağır məğlubiyyətə uğradaraq, regionun ən güclü ordusu olduğunu sübut etdiyini vurğulayıb. O, ordumuzun işğal altındakı torpaqlarımızın azad edilməsi üçün hər an hazır olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsinin, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişməsi məqsədilə mütəmadi olaraq ictimai tədbirlər keçirir.

Tədbirdə şəhid ailələrinin və veteranların nümayəndələri, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb.

Sonda Yasamal rayonunun müxtəlif məktəblərinin şagirdləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Şərh Yaz