“Neft Daşları” yatağında iki meydança təmir edilib » Hərbiand

Son Dəqiqə:

“Neft Daşları” yatağında iki meydança təmir edilib

neftci

“Neft Daşları” yatağında meydançalar təmir olunub.

SOCAR-ın mətbuat xidmətindən  bildirilib ki, “Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işləri davam etdirir. Bu günlərdə “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 1624 nömrəli meydançada və 1702-1541 nömrəli meydançalar arası estakadada həyata keçirilən əsaslı təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılıb. “Neft Daşlari” yatağında 1624 nömrəli meydançada görülmüş işlər çərçivəsində, 48 ədəd xamut vurulub, 24 ədəd sualtı əlaqə xətti quraşdırılıb. Əsaslı təmir zamanı sualtı rabitə xətləri bərpa edilib və işlək 4 quyunun sualtı bərkidilməsi işləri başa çatdırılıb. 1702-1541 nömrəli meydançalararası estakadada aparılan əsaslı təmir işləri çərçivəsində 196 ədəd möhkəmləndirici svay vurulub, 55 ədəd rigel və 2 ədəd metal ferma yığılıb. Eləcə də 431 ədəd suüstü əlaqə xətti quraşdırılıb, 47 metr uzunluqda yanğın əleyhinə su xətti çəkilib.

Aparılmış təmir işlərindən sonra hər iki obyekt Dövlət Qəbulu komissiyası tərəfindən istismara qəbul edilib.

 

Şərh Yaz