“Azərbaycan tolerantlığın və humanizmin beşiyidir” adlı layihəyə hazırlanıb » Hərbiand

Son Dəqiqə:

“Azərbaycan tolerantlığın və humanizmin beşiyidir” adlı layihəyə hazırlanıb

14877115_710109575839848_1410025896_nMəlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan olunub. Bununla bağlı olaraq bu sahədə müəyyən tədbirlər təşkil olunur.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də bu çağırışa qoşularaq “Azərbaycan tolerantlığın və humanizmin beşiyidir” adlı layihəyə imza atıb.

ADMİU-nun təşkil etdiyi layihə iki mərhələdən ibarətdir.

Birinci mərhələdə amerikalı, türkiyəli, pakistanlı və azərbaycanlı tələbələrin ifasında musiqi nömrəsi hazırlanıb.

Universitetin “Beynəlxalq Əlaqələr Şöbəsi”nin dəstəyi ilə hazırlanan musiqili çarxın müəllifi Calal Kəngərlidir.

Layihədə iştirak edən ifaçılar:

Xanəndə – Azər Səlimov

Vokal,bağlama, gitar – Can Akar

Tar – Ağayar Xanlarov

Kamança – Cahandar Xanlarov

Balaban – Araz Fətəliyev

Ritm – Alparslan Yeşılbaş

Şeykr – Andrew Nair

Şərh Yaz