“Azərbaycan – ənənələr və gələcəyin ölkəsi” adlı foto sərgi baş tutmuşdur » Hərbiand

Son Dəqiqə:

“Azərbaycan – ənənələr və gələcəyin ölkəsi” adlı foto sərgi baş tutmuşdur

10 sentyabr 2016 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Park Bulvarın təşkilati dəstəyi ilə baş tutan “Azərbaycan: ənənələr və gələcəyin ölkəsi” adlı layihə baş tutmuşdur.

Multi kultural dəyərlər gələcəyin ölkəsini formalaşdırmaq fundamental meyarlardan biridir.

Layihə rəhbəri, Qoşqar Məmmədov, qeyd edir ki “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamını rəhbər tutaraq, bizdə “Azərbaycan: ənənələr və gələcəyin ölkəsi” foto sərgisin hazırlayaraq, Azərbaycanın multi kultural həyatını və bu prosesin real həyatdan kankret fotolarla sərgiləmək qərarına gəldik.” Həmçinin layihə rəhbəri onuda qeyd edib ki, “Layihənin məs Park Bulvarda keçirilməsinin səbəbi isə, həm alış veriş, həmdə əyləncə üçün bura üz tutan Bakı sakinlərinin və xarici turistlərin diqqətin cəlb edərək, sərgiyə maraq yaradaraq, daha böyük izləyici kütləsin qazanmaqdır.”

Layihə bir gün davam edərək, yekunlaşmasına baxmayaraq böyük marağa səbəb olub.

1 2 3

Şərh Yaz