Bakıda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda beynəlxalq konfrans keçirilib » Hərbiand

Son Dəqiqə:

Bakıda “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda beynəlxalq konfrans keçirilib

kor

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda birinci beynəlxalq elmi- nəzəri konfrans keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli müstəqillik illərində elmimizin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli konfransın əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd olunub ki, tədbirin təşkilinin məqsədi Azərbaycan əlyazmalarını dünyada tanıtmaq və təbliğ etməkdir.

Sonra “Azərbaycan tərcümə əsərlərinin əlyazmaları dünya kitabxanalarında”, “Misirdə saxlanılan Azərbaycan əlyazmaları” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Şərh Yaz