Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib » Hərbiand

Son Dəqiqə:

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verilib

a

Noyabrın 21-də Qubada dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib.

herbiand.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən müəllimlər də bu imtahanlara cəlb olunublar.

Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.

Şərh Yaz