Yevlaxda antik dövrə aid arxeoloji materiallar aşkarlanıb » Hərbiand

Son Dəqiqə:

Yevlaxda antik dövrə aid arxeoloji materiallar aşkarlanıb

Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb. Akarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.

Şərh Yaz