Albanların xristianlığı ermənilərdən qəbul etdib??? » Hərbiand

Son Dəqiqə:

Albanların xristianlığı ermənilərdən qəbul etdib???

Albanların xristianlığı ermənilərdən qəbul etdiyini iddia etmək təbliğat oyunundan başqa bir şey deyil.

Bunu Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı Tatyana Krupa bu gün Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O qeyd edib ki, Ukrayna öz tarixi keçmişini araşdıran zaman Azəbaycanın təcrübəsini nəzərə almalıdır:

“Əsas yeri Qafqaz Albaniyasının mirasının öyrənilməsi və tam şəkildə tarix elminə qaytarılması problemi tutur, çünki onun etnik-mədəni tarixi çoxşaxəlidir və daha çox müasir Azəbaycanın reallıqlarını təyin etmiş olur. Azərbaycan bu gün əhalisinin əsas hissəsi müsəlman olan dünyəvi dövlət olmasına baxmayaraq, Alban kilsəsinin məsələsinə əhəmiyətli diqqət yetirir ki, bu da tək bir Qafqazın deyil, bütün xristian dünyasının ən qədim kilsələrindən biridir və apostol mənşəlidir. Alban kilsəsinin çoxəsrli varlığı, jurnalistlərin və tədqiqatçıların qeyd etdiyi kimi, özündən sonra böyük sayda abidələr saxlayıb və bunlar da Qafqaz Albaniyasının (e.ə. IX əsr – b.e. XIII əsr) tarixi ərazisində yaşayan xalqın xristian keçmişinə şahidlik edir”.

T.Krupa bildirib ki, erməni “alimləri”nin guya Alban kilsəsinin erməni kilsəsinə tabe olduğunu və albanların xristianlığı ermənilərdən qəbul etdiyini iddia etməsi sadəcə təbliğat oyunundan başqa bir şey deyil:

“Ən maraqlısı ondan ibarətdir ki, alban, gürcü və erməni mənbələrinin tədqiqi bir daha sübut edir ki, bizim eranın əvvəllərində, orta əsrlərin erkən və sonrakı dövrlərində Qafqazda praktiki olaraq iki kilsə olub – Alban və Gürcü. Tarixçinin əsas vəzifəsi həqiqəti öyrənməkdir. Buna görə də biz Qafqaz Albaniyasının mirasına dair tarixi ədalətin bərpası üzrə aparılan bütün işləri yüksək qiymətləndiririk”.

Şərh Yaz