Ramilə Qardaşxanqızı: “Doğma məktəbimizə uzaqdan baxa-baxa addımlarımın yarısını geridə qoyub, yarısını özümlə götürüb gəldim Kürün bu üzünə” » Hərbiand

Son Dəqiqə:

Ramilə Qardaşxanqızı: “Doğma məktəbimizə uzaqdan baxa-baxa addımlarımın yarısını geridə qoyub, yarısını özümlə götürüb gəldim Kürün bu üzünə”

YURDUMUZUN İŞĞAL TARİXİ YAXIN VƏ KEÇMİŞ ZAMANDA

 

Doğulub boya-başa çatdığım torpaqlar bizə qonşu kimi sırınan mənfur xislətli ermənilər tərəfindən işğal edilib və bu işğal bir igidin yaşı qədər yaşa da dolub. Lakin doğmam olan Laçınla bərabər Şuşa, Xocalı, Ağdərə, Ağdam və başqa yurd yerlərimizin də dağı var sinəmdə. Bu dağı mənimlə birlikdə bir milyondan artıq insanın sinəsinə çəkənlər isə, dövlət siyasəti terrorizm, təcavüzkarlıq olan ermənilər və bu gün üçün nə qədər qərəzli səslənsə də onlara tərafdaşlıq edən ruslar olub. Həqiqətləri araşdırıb qaranlıq məqamları ağ kağızlara tökməyə çalışırıq, amma ölkəmizin tarixi keçmişi, başına gətirilənləri səhifələr özünə sığdırmır. Çünki tariximiz nə qədər böyükdürsə, bir o qədər də keşməkeşli, faciəlidir. Dini ayrıseçkilik etmirəm, ancaq yenə də tarixi faktlara əsaslansaq, Azərbaycan həqiqətlərini görmək üçün kənardan baxan gözlərin nuru ona görə kifayət eləmir ki, ölkəmiz müsəlman ölkəsi olub və bu gün də keçmişinə sadiqdir. Yaddaşımıza yazmalı olanlar « sovet dövrü » dediyimiz dönəmlərdə unutduruldu və bu boşluğun acı nəticələri davam edir.

 

BİRİNCİ HƏMLƏ

Ağrımaz başa buz bağlamazlar – deyə atalarımızın yaxşı bir məsəli var. Bu məsəli çəkməkdə isə mənim də tutarlı məqsədim var. Çünki 1828-ci ildə, Türkmənçay müqaviləsi ilə birlikdə başımıza ilk buzu bağladılar, acısını isə hələ də çəkirik.  Belə ki, o vaxt Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycan torpaqlarında yerləşdirildi. Təməli qoyulan bu hadisənin ardınca isə 1829-cu ildə Ədirnə sülhünün nəticəsi olaraq, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşmaqla digərləri kimi Azərbaycanda məskən saldılar.

 

Rus diplomatı və yazıçısı A.S.Qriboyedov yazırdı: “Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər və ermənilər də yavaş-yavaş onları öz ərazilərindən sıxışdırıb çıxarırdılar. Biz isə müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa, onları inandırmağa çalışmalıydıq ki, bu çətinliklər çox çəkməyəcək və ermənilər müvəqqəti olaraq yaşamağa icazə aldıqları Azərbaycan torpaqlarında daimi qalamayacaqlar”. Cənubi Qafqazda yeridilən müstəmləkə siyasətində isə Rus imperiyasının hakim dairələri ermənilərlə əlbir çalışırdılar və ermənilər müxtəlif yollarla rusların etibarını qazanırdı. 

 

Azərbaycanda erməni kaloniyalarının yaradılması haqqında Amerika alimi C.Makkartinin yazılarında qeyd olunur ki, 1828,1920-ci illərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman yaşadıqları ərazilərdən məcburi sürgün edilmiş və qalanları isə qətlə yetirilmişdir.  Bunlardan əlavə isə 1828,1854-cü illərdə Ruslar iki dəfə Şərqi Anadoluya hücum edib, lakin hər iki həmlədə geri çəkilməyə məcbur qalıblar. Geri çəkilərkən isə özləri ilə 100000 ermənini Qafqaza gətirib və onları doğma yurdlarından qovulan, məhv edilən azərbaycanlıların haqqı olan ərazilərdə yerləşdirirdilər.

 

Həmçinin, tarixi faktlar var ki, 1877,1878-ci illərdə Qars-Ardağan vilayətini zəbt edən ruslar, müsəlmanları qovaraq onların yerində 70000 erməni məskunlaşdırıblar. 1895,1896-cı illərin hadisələrində isə təxminən 60000 erməni də Qafqazda özünə yer edib.

 

Tərtərdəki “Marağa – 150” abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir. Abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın torpaqlarımıza qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa – 150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Ermənilərin ərazi iddialarının əsassız olduğunu sübut edən bu abidənin qalıqları hazırda Tərtər şəhərinin bir neçə kilometrliyində yerləşən və Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olan Şıxarx qəsəbəsindədir. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.

 

AZƏRBAYCANI PARÇALAMAQ SİYASƏTİ

 

Rusiyanın himayədarlığı altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi deyildi. Çünki erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi. Bu münasibətlərin əsası rus və erməni əsərlərində təbliğ edilir. Həmçinin, erməni tarixçiləri özlərinin əzəldən yurd-yuvasız  olduqlarını etiraf edir.

 

Amerika tədqiqatçılarının göstərdiyi rəqəmlərə görə, 1828,1920-ci illər arasında Azərbaycana 560000 erməni köçürülüb. Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğalı nəticəsində Azərbaycan torpaqlarında – Araks çayının şimalında erməni əhalisi sürətlə artmağa başlayıb. Bütün bunlar erməni tarixçisi Zori Balayanın açıqlamasında təsdiqlənir. Başqa bir faktda, Z.Balayan etiraf edir ki, ” Əslində həqiqi Yerevanlı yoxdur. Yerevanın əhalisi bütünlüklə gəlmələrdən ibarətdir”. Akademik A.İ.İonisyan isə yazır ki, “Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri ermənilərdir, azərbaycanlılar isə burada mütləq üstünlüq təşkil edir”.

 

Rus imperatoru I Nikolayın 21.03.1828-ci ildə verdiyi fərmana görə Azərbaycanın Naxçıvan və İrəvan xanlığı ləğv olunur və onların yerində rus hakimləri tərəfindən idarə olunan “Erməni mahalı” adlanan yeni inzibati qurum yaradılır. 1849-cu ildə bu mahalın adı dəyişdirilərək Yerevan Quberniyası qoyulur. Ərazilərinin genişləndirilməsi məqsədini güdən ermənilər 1836-cı ildə yenə də Rusların köməyi ilə Azərbaycanda o zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv olunmasına və onun mülklərinin erməni kilsəsinə verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban dövlətinin qərb əraziləri olan Qarabağ regionu ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi. Bu hadisədən sonra həmin yerlərin əhalisinin erməniləşdirilməsı prosesi başlandı.

 

Rus tarixçisi V.L.Veliçko yazırdı: “Bütün qafqazlılar bilirlər ki, ermənilər burada köklü xalq kimi mövcud olmayıb, yalnız Türkiyə və İran qaçqınları kimi XIX yüzilliyin birinci yarısında görünməyə başlayıblar”. Bir başqa yazıda isə bildirir ki, “Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqorian təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi”. Erməni tarixçisi B.İşxanyan da təsdiq edərək yazırdı ki, “Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi qədim Alban xalqının nəsilləri olub. Bir qismi isə Türkiyə və İrandan qaçmış, təqib və təzyiqlərdən sığınacaq tapmaq üçün Azərbaycan torpaqlarında məskunlaşmış erməni əhalisidir”.

 

Rusiya və İranın ermənilərlə olan yaxınlığına baxmayaraq, vaxtilə onların bəd niyyətini anlayıb və məlum tədbirlər görərək onları öz ərazilərindən çıxarıb. Nəticədə isə daim öz qonaqpərvərliyi və humanizmi ilə dünyada tanınan Azərbaycan ermənilərin öz ərazisdinə köçürülməsilə razılaşıb. Çar Rusiyasının hiyləgər siyasəti nəticəsində ermənilərin bütün bəd niyyətləri həyata keçirilib. Rusların köməyi ilə ermənilər Azərbaycanın ən səfalı yerlərindən olan İrəvan mahalında və ölkənin digər ərazilərində yerləşdirilib.  Rusiya işğal etdiyi Azərbaycan ərazisində erməniləri yerləşdirməklə bu ərazini öz əsarəti altında saxlamağa başlayıb. Son nəticə isə göz qabağındadıtr . Azərbaycan ərazisində məskunlaşan, Ermənistan dövləti yaradan ermənilər daha sonra Rusiyanın köməyi ilə həmin əraziləri azərbaycana xas olan adlardan təmizləməyə başlayıb. Sonda isə Azərbaycan ərazisində yaranan Ermənistan əvvəlcə yerləşdiyi ərazilərin ətrafını, daha sonra isə Dağlıq Qarabağda etnik təmizləməyə başladılar.

 

DAĞLIQ QARABAĞ HƏQİQƏTLƏRİ

 

Azərbaycan ərazilərində məskunlaşdıqdan sonra ermənilərin əsil siması özünü göstərməyə başladı və onlar Azərbaycan əraziləri üzərində torpaq iddiasına qalxdılar. Beləliklə, təməli 1988-ci ildə qoyulan Dağlıq Qarabağ iddiası 1992-ci il may ayının 8-də Şuşa, oktyabrın 2-də isə Xocəvəndin işğal edilməsi ilə yeni mərhələyə keçdi.

 

1992-ci il fevralın 26-da isə XX əsrin ən dəhşətli terroru olan  Xocalı faciəsi törədildi və 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı alayının köməyi ilə ermənilər tərəfindən yerlə yeksan edildi.  Çox keçmədən,  Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun işğalı gerçəkləşdirildi. Artıq 30 ilə yaxındır ki, ermənilərin Azərbaycan torpaqları üzərində irəli sürdüyü bu yersiz iddia davam edir. Bu müharibə zamanı ermənilər tarixi Azərbaycan ərazilərinin 20%-ni işğal edib və heç bir hüquqi əsası olmadan hələ də işğalda saxlayır. Ümumilikdə bir milyondan artıq qaçqın və məcburi köçkünə sahib olan Azərbaycanın durumundan halı olan  dünya birliyi isə hə də susmaqda davam edir.

 

Tarixi soy-kökə mənsub olmayan, yurd-yuvasız qaraçı kimi başqa ölkələrin ərazisində tayfa halında özünə yer edən ermənilər daim torpaq iddiasında olub. Məhz buna görə də əsrlər boyu bir neçə ölkənin ərazisindən elə torpaq iddialarına görə də qovulublar. Sonda isə bu tayfa qanında daşıdığı hiyləni işə salaraq Çar Rusiyasını öz toruna salıb və onların köməyi ilə Azərbaycan ərazilərində kök atıblar.

 

Məsələnin sülh yolu ilə həllinə çalışan Azərbaycan isə hələ ki, qarşı tərəfin konstruktiv mövqe nümayiş etdirməsini gözləyir. Təkcə Qafqaz yox, bütün dünya bilir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə qadir olan Milli Ordusu var. Bunu ötən ilin aprel döyüşləridə sübut etdi. Ermənistanın yalnız havadarlarına arxayın olaraq Azərbaycan ərazilərini işğalda saxladığı da bütün dünya ictimaiyyətinə məlumdur. Ermənistan da havadarları ilə birlikdə dərk edir ki, bütün bu hallar müvəqqətidir. Ancaq, ermənilərin başladığı Dağlıq Qarabağ münaqişəsi zamanı 3 milyon əhalisi olan Ermənistanda hazırda 1,5 milyon əhali qalmayıb. Bunu özləri, rəsmi açıqlamalarında qeyd ediblər. Çünki özgə torpaqlarına sahib olmaq iddiasının bədəli ağır olmalıdır.   

 

XATİRƏYƏ ÇEVRİLƏN YURD YERİ

 

18 may 1992-ci il idi, ölkəmizin taleyinə vaxtsız atılan güllələr imkan vermədi ki, 3-cü sinifi bitirəm. Beləcə, torpağımla eyni qisməti bölüşdük – ayrılıq… Doğma məktəbimizə uzaqdan baxa-baxa addımlarımın yarısını geridə qoyub, yarısını özümlə götürüb gəldim Kürün bu üzünə. Doğma vətənim isə hazırda dayandığım yerdən cəmi 131 km, aralıdadır və mən bu məsafəni aşa bilmirəm ki, bilmirəm. Bu ayrılığın tarixi isə göründüyündən daha çox əvvələrə gedir.

 

Atalar sözü ilə başladıq, elə müdriklərin deyimi ilə də fikrimi tamamlamaq istəyirəm. «Bismillah deməklə donuz darıdan çıxmaz». Yurdlarımıza soxulmuş işğalçlıarı qovmağın vaxtı çoxdan yetişib. İnanırıq ki, Silahlı Qüvvələrimiz Ali Baş Komandan İlham Əliyevin rəhbrliyi ilə tarixi ədaləti bərpa edəcək! Bax belə, bu il vətən həsrətinin 26 yaşı olacaq və bu yaşın da qələbə sevinci ilə qeyd ediləcəyi ümidilə…

 

 

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz