Britaniyanın baş nazirini “qorxaq” adlandırdılar. » Hərbiand

Son Dəqiqə:

Britaniyanın baş nazirini “qorxaq” adlandırdılar.

Herbiand.az-ın verdiyi xəbərə görə, Dövlət televiziyası BBC-də dünən axşam liderlər müzakirəsinə Baş nazir Theresa May qatılmayıb.

Təhsil, səhiyyə, təhlükəsizlik və ictimai yardımlar kimi sahələr başda olmaq üzrə mühafizəkar hökumətin siyasəti 90 dəqiqə davam edən proqramda siyasətçilər arasında müzakirə edilib. Mühafizəkar Partiya nümayəndəsi xaricindəki digər natiqlər, “müzakirədən qaçmaq və qorxmaq” la günahlandırdı.

Baş nazirin proqrama qatılmama qərarını müdafiə edən Mühafizəkar Partiyalı Daxili İşlər naziri Rudd isə “Yaxşı bir lider olmanın bir parçası da yaxşı və güclü bir qrupa sahib olmaqdır.” dedi.

Sorğular baş nazirin səs itirəcəyini işarə edir
Ölkədə 8 İyunda ediləcək erkən ümumi seçkiyə bağlı dünən yayımlanan bir anketdə iqtidar partiyasının səslərinin gözlənilənin çox altına düşəcəyi təxminində oldu.

Anketə görə, Mühafizəkar Partiya ümumi seçkidə 20 millət vəkili az çıxararaq tək başına hökumət şansını itirə bilər, İşçi Partiyası isə millət vəkili sayını 28 artıra bilər.

Şərh Yaz