Gəncə MBD-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil oldu » Hərbiand

Son Dəqiqə:

Gəncə MBD-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil oldu

Gəncə rusiyalı turistlər arasında populyarlığına görə MBD-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil olub.

Trend-in məlumatına görə, bu “TurStat” analitik agentliyinin yeni hesabatından məlum olub.

Gəncədən başqa ilk beşliyə Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri daxil olub.

Analitik agentliyin hesabatında qeyd olunur ki, Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya turistləridir.

Şərh Yaz