Qətərdən “terroru dəstəkləmə” ittihamına qarşı yeni addım » Hərbiand

Son Dəqiqə:

Qətərdən “terroru dəstəkləmə” ittihamına qarşı yeni addım

Herbiand.az  “Anadolu Ajans”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misirin başçılıq etdiyi bir qrup ərəb ölkəsi ilə ABŞ prezidenti Donald Trumpın “terrora dəstək verməklə” günahlandırdığı Qətər, bu iddiaların yersiz olduğunu ortaya qoymaq üçün işə başlayıb. Bu məqsədlə Qətər, terrorla mübarizə səylərinin üzə çıxarılması üçün köhnə ABŞ ədliyyə naziri John Ashcroftun hüquq firmasıyla razılaşdı. Hüquq firması, Qətərin, terrorla mübarizədə fəaliyyətlərini araşdıraraq raporlayacak. Gücləndirilməsi lazım olan nöqtələrdə Qətərə tövsiyələr də verəcək firmanın, eyni zamanda media və ABŞ siyasi təşkilatlarında lobbi fəaliyyətlərində olması da nəzərdə tutulur.

Firmadan Ədalət Nazirliyinə edilən bəyanata görə Qətər, 90 günlük iş üçün 2,5 milyon dollar ödəyəcək.

 

Şərh Yaz