“Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi növbəti layihənin icrasını davam etdirir » Hərbiand

Son Dəqiqə:

“Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi növbəti layihənin icrasını davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə də həyata keçirilir. Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır.                                    Layihə çərçivəsində ilk təlim Quba rayonunda yeniyetmə və gənclərin iştirakı ilə maarifləndirici təlim keçirilmişdir. Təlimdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi , keçirilmə səbəbi , nəzərdə tutulmuş məlumatlar barədə iştirakçılara ətraflı məlumat verərək uğurlar arzulamışdır. Daha sonra Quba rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramin Mahmudov çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat vermiş təlimin gedişatına uğurlar arzulamışdır. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirildi.                                                   Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Qubanın mərkəzi küçələrində əhali arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.

Şərh Yaz