Sabah da şimşək çaxacaq, yağış yağacaq » Hərbiand

Son Dəqiqə:

Sabah da şimşək çaxacaq, yağış yağacaq

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirir ki, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq

Havanın temperaturunun yarımadada gecə 16-18° isti, gündüz 25-30° isti, Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, sabah hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Şərh Yaz