Elmir Həsənov: “Borcların ən alisi sayılan “Vətən borcu” çox yüksəkdə dayanır” » Hərbiand

Son Dəqiqə:

Elmir Həsənov: “Borcların ən alisi sayılan “Vətən borcu” çox yüksəkdə dayanır”

VƏTƏNİMƏ BAĞLIYAM

 Milli mənlik mövqeyindən, icra etdiyi vəzifədən, sahib olduğu sosial statusdan asılı olmayaraq, hər bir vətəndaşda olmalıdır. Çünki milli mənliyin daşıyıcısı olan cəmiyyətimizin hər bir üzvü millətimizin düşüncə tərzini xarakterizə edən ictimai şüuru formalaşdırır.

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətimiz pedaqoq, jurnalist Elmir Həsənovla olan müsahibəni “Hərbi and” oxucularına təqdim edirik.

 

                  Sizi yaxından tanıyaq.

 

                  1985-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində ziyalı ailədə doğulmuşam. Orta təhsilimi Rafiq Orucov adına Bərdə Rayon Saatlı kənd tam orta məktəbində almışam. 2002-ci ildə Azərbaycan Dillər Universitetinin “İngilis dilinin filologiyası” fakultəsinə daxil olub 2006-cı ildə isə ali təhsilimi müvəffəqiyyətlə başa vurmuşam. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşam və nümunəvi xidmət göstərərək manqa komandiri vəzifəsinə yüksəlmişəm. Bir illik qüsursuz xidməti fəaliyyətimin sonunda xüsusi xəsiyyətnaməyə layiq görülmüşəm.

 

2008-ci ildə Adil Süleymanov adına Bərdə Rayon Şorəlli Kənd Tam Orta  Məktəbində ingilis dili fənnini tədris etməyə başlamışam. 2010-cu ildə Yevlaxda yerləşən  “EL” Televiziyasının, indiki ARB Aran Televiziyasının “Xəbərlər Şöbəsi”də aparıcı-müxbir kimi fəaliyyətə başlamışam. Hazırda aparıcı-redaktoram.

ARB Aran Televiziyasında regionda ilk dəfə olaraq məktəblilər arasında həyata keçirilən “Elin Zəkası” bilik yarışmasının layihə rəhbəri və aparıcısı olmuşam. Azərbaycanda tolerantlığın, tarixi keçmişimizin yerli və dünya içtimayyətinə çatdırılması və təbliği istiqamətində sənədli filimlərin çəkilməsinə başlamışam. Əsas məqsədim ölkəmizin bütün sferalarda hərtərəfli inkişafı üçün bir vətəndaş olaraq xidmət göstərmək, savadlı, intellektual və sağlam düşüncəli Azərbaycan gəncliyinin yetişdirilməsinə  kiçik də olsa dəstək göstərməkdir.   

 

                  Milli şüur anlayışı barədə nə deyə bilərsiz?

 

                  Fikirimcə milli mənlik bir anlayış olaraq milli şüurun əsas tərkib hissəsidir. Milli mənlik şüurunun daşıyıcıları isə vətən, torpaq və xalqının təəsubkeşliyini çəkən şəxslər hesab olunurlar. Adət və ənənələr, millətin həyat tərzi, psixologiyası və milli qürur amili milli şüurda özünü dərindən etiva edir. Vətənin keçmişi, xalqın qəhrəmanlıq səlnamələri və tarixi, görkəmli elm adamları, mütəfəkkir və tarixi şəxsiyyətləri milli mənliyin formalaşmasında müstəsna rol oynayır. Milli şüurun tam bərqərar olması isə uzun bir tarixi inkişaf yol keçən çoxmərhələli prosesdir. Bu prosesin inkişafına, onun müxtəlif mərhələlərində müşahidə olunan ictimai-siyasi hadisələr, sosial dəyişikliklər, milli mübarizə elementləri öz təsirini göstərir. Milli şüurun əsas komponenti hesab olunan milli mənliyə  torpağını sevmək,vətəninə dərin məhəbbət hissi bəsləmək, xalıqının təəssübkeşliyini çəkmək, millətinin mənsub olduğu dəyərləri mühafizə etmək, milli sərvətləri qorumaq kimi sosial keyfiyyətlər aiddir. Bu şüurun təsiriylə isə ümumilikdə insanların xarakteri, onun milli mənliyi cilalanır. Bu zaman insanlarda hadisələri təhlil və analizetmə qabiliyyətləri yüksəlir, özünü qiymətləndirmə, eləcə də mühakimə aparma xüsusiyyətləri dərinləşir. Nəticədə milli mənlik, milli şüur və milli vicdan kimi mənəvi hisslərin vəhdət şəkilində formalaşması millətin özünü dərk etməsi prosesinə müsbət təsir edir və cəmiyyətimizdə milli təəssübkeşliyin möhkəmlənməsinə gətirib çıxardır. Milli mənliyə əsaslanan vahid ideologiyanın yaranması prosesi sürətlənir. İnsanlarda sahib olduğu milli dəyərləri qorumaq, xalqını müdafiə etmək, torpaqlarının müdafiəsinə qalxmaq, sərvətlərinə sahib çıxmaq isdəklər artır. Formalaşan milli ideologiya cəmiyyətimizdə sinifləşmə və təbəqələşmə nəzərə alınmadan ümumilikdə milli mənəvi dəyərlərin vahid müdafiəsi mexanizmilərinə sahib olan vahid birliyinin yaranmasını təmin edir. Hazırda bu birliyin özülünü təşkil edən Azərbaycançılığın əsas amalı milli özünüdərk və milli mənlik şüuru əsasında milli mentallığı qoruyub saxlamaqdan, müxtəlif etnik qrupların mədəniyyətlərarası dialoqu və sintezi əsasında onların dövlətçiliyə bağlılığı və sədaqətini təmin etməkdən ibarətdir.

 

 

                  Sadəcə məsuliyyətli yox, həm də vətənpərvərsiz.

 

                  Vətənimə bağlıyam. Mənim üçün vətəndaşlıq şərəfi, ləyaqəti, vətən maraqlarının müdafiəsi və borcların ən alisi sayılan “Vətən borcu” çox yüksəkdə dayanır. Vətənpərvərlik-patriotizm sağlam cəmiyyətin istənilən inkişaf mərhələsində ictimai şüurun əsas  komponenti  kimi ümummilli inkişafı özündə etiva edir. Patriotizm torpağına, vətəninə dərin  məhəbbətdə, onun müdafiəsi uğrunda gözünü qırpmadan canını fəda edə bilməkdə ifadə olunur. Vətəninə, millətinə və məmləkətinə sonsuz dərəcədə sevgi bəslənilməsi isə patriotizmin üst səviyyəsi olan “ultrapatriotizm” hesab olunur. Hazırda vətənimə, torpağıma, millətimə qarşı hiss etdiyim patriotizm duyğusu hələ antik dövürlərdə də mövcud olub.

Torpaqlarının 20 faizi işğal altında saxlanılan və müharibə şəraitində olan bir ölkənin vətəndaşları kimi hər birimizin patriot olmağımız məncə olduqca vacib bir məsələdir.

 

 

                  Milli dəyərlərin gücləndirilməsi üçün daha nələr etmək lazımdır?

 

                  Müxtəlif tərbiyə üsulları və metodlarından istifadənin effektivli bu prosesin tətbiq edildiyi mühitin əlverişliliyindən çox asılıdır. Yeniyetmələrin və gənclərin tərbiyə prosesi sağlam mühitdə aparıldıqda daha səmərəli nəticələr əldə olunur. Tərbiyənin əsas predimetlərindən biri isə endogen və ekzogen baxımdan ən üst səviyyədə inkişaf mərhələsinə çatmış sağlam düşüncəli şəxsiyyətlərin yetişdirilməsidir. Fərdlərin müxtəlif inkişaf mərhələrindən keçərək əsil şəxsiyyət kimi formalaşmasında əasa əlamətlərdən biri isə onların şüurluluq səviyyəsinin kompleks olaraq inkişaf etməsidir. Hər bir şəxsiyyətin  formalaşmasında müstəsna rol oynayan şüurun növlərindən biri isə  milli mənlik şüurudur. Bu şüurun cilalanmasında ailə tərbiyəsi müstəsna rol oynayır. Ailə daxilində gənclərlə aparılan ibrətamiz söhbətlər, onlarla yaradılan normal ünsiyyət milli mənlik şüurunun formalaşmasına yardım edir. Bu şüurun hərtərəfli inkişafında təhsil ocaqlarında əlverişli imkanlar yaranır. Məncə pedaqoqlar tədris olunana fənlərin verdikləri imkanlardan istifadə edərək yeniyetmələrə və gənclərə dövləti və xalqı üçün xüsusi xidmətləri olan tarixi şəxsiyyətlər, siyasi liderlər, görkəmli insanlar, elm adamları, qəhrəmanlar və sarlərdən mütamadi olaraq nümunələr gətirərərk, onların vətən qarşısında göstərdikləri fəaliyyətlərdən bəhs etməlidirlər. Gənclərə şəxsiyyət olmağın xarakterik xüsusiyyətlərini aşılamalıdırlar. Gənclərin iştirakıyla Azərbaycanla bağlı tarixi əhəmiyyəti olan, özəl günlərlə əlaqədar təşkil olunan konfranslar, yığıncaqlar və tədbirlər də, gənclərin milli mənlik şüurunun inkişafında böyük rol oynaya bilər. Ən əsası isə gənclərə Azərbayçançılıq idealogiyasını dərindən mənimsəməklə bu şüuru daha da mükəmməlləşdimrək olar.

 

                  Vətənpərvərlik hislərinin aşılanması üçün necə?

 

                  Bəzi insanlar vətənpərvərlik hissini yalnız vətəni sevməklə əlaqələndirirlər. Mənim fikirimcə bu doğru yanaşma deyil. Vətənpərvərlik torpağını, millətini, xalqını, tarixini, mədəniyyətini, milli dəyərlərini və bütövlükdə doğulub boya-bağa çatdığı havasını udduğu, suyunu içdiyi məmləkətinin, dövlətinin sərhədləri daxilində mövcud olan hər şeyi sevmək və canı, qanı bahasına müdafiə etməyə və qorumağa hazır olmaqdır. Düşünürəm ki, bu hissin ilk rüşeyimləri, hər bir insanda körpəlikdə ana dilində ilk kəlmələri işlətməyə başladığı andan qoyulur. Uşaqlar “Vətən” sözünü öz leksikonlarına daxil etdiyi andan onun mənasını, mənəvi yükünü dərk edərək “Ata”, ”Ana” ifadələri ilə eyniləşdirir və  böyük sevgiylə səsləndirirlər. Zaman keçdikcə ailə mühiti, təhsli alma dövrü, ətraf aləm və içtimayi mühit vətənpərvərlik hissinin inkişafında mühim rol oynayır.

 

 

                  KİV-də nələr çatmır?

 

                  Gənclərdə milli qüruru inkişaf etdirib, onlarda vətənpərvərlik hisslərini artırmaq üçün yalnız ailə və məktəb mühitindən istifadə olunmamalıdır. Bu işdə  içtimai əhəmiyyətli tədbirlərdən, mədəni yerlərdə təşkil olunan toplantılardan, günümüzdə cəmiyyətimizin böyük bir kütləsinin virtual formada cəmləşdiyi sosial şəbəkələrdən və ən əsas KİV-dən istifadə etmək olar. Mənim fikirimcə KİV-də bu istiqamətdə mövcud olan imkanlardan yetərincə istifadə olunmur. Konsepsiyası vətənpərvərlik və milli qürurun inkişaf etdirilməsinə hesablanan  layihələrin sayı azlıq təşkil edir. Mətbu orqanlarda bu istiqamətdə təbliğatın aparılmasına yönəlik yazılar da yetərli sayda deyil. Bunun əsas səbəbi isə əksər KİV-də fəaliyyət prinsipinin tələb və təklifin qarşılıqlı uzlaşması istiqamətində qurulmasıdır. Çünki əksər media qrumları və mətbu orqanlar  daha  çox tamaşaçı və oxucu toplamaq üçün öz işlərini yaxşı reytinq prinsipinə uzlaşdırmağa çalışırlar.

 

                  Hərbi vətənpərvərlik təbliğatı necə?

 

                  KİV-lər də bu istiqamətdə təbliğat aparılıb. Bir çox televiziyalarda hərbi vətənpərvərliyin təbliğinə həsr olunan verilişlər də hazırlanıb. Hərbi vətənpərvərliyin təbliğinə həsr edilən qısametrajlı filimlərin çəkilib və son vaxtlar bu istiqamətdə canlanma  da müşahidə olunur. Amma bizim Kİv-lər vasitəsiylə bu istiqamətdə daha çox işlər görmək imkanlarımız var. Əslində hərbi vətənpərvərliyin cəmiyyətimizin müxtəlif təbəqələrində təbliğatının aparılması vacib amildir. Ötən ilin aprel döyüşləri zamanı orduğuzun düşmən təxribatının qarşısını alarkən ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi şanlı qələbənin və bu mübarizədə düşmənin hücum cəhdlərinə cavab verərkən qəhrəmancasına şəhid olan oğullarımızın torpağa tapşırılma məqamlarının işıqlandırılması cəmiyyətimizdə vətənpərvərlik hisslərinin daha da yüksəlməsinə təkan verdi. Məncə hər zaman KİV-lər bu mövzuda daha da aktiv olmalıdırlar.

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz