Bakıda Musiqi Bayramı keçiriləcək » Hərbiand

Son Dəqiqə:

Bakıda Musiqi Bayramı keçiriləcək

Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda keçiriləcək.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Hard Rock Cafe” və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.

Proqram:

16:00 – YARAT Müasir İncəsənət Mərkəzi
Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
Les Gamins.

18:00 – Paris Bistro
Əli İbrahimzadə;
Albina;
Ahmedowsky trio;
Milan Məmmədov.

20:00 – İçərişəhər, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence;
Todo Band.

22:00 – Hard Rock Cafe
Radio & Video band.

Şərh Yaz