ABŞ senatı “Kasperski” antivirusundan istifadənin qadağasını tələb edir » Hərbiand

Son Dəqiqə:

ABŞ senatı “Kasperski” antivirusundan istifadənin qadağasını tələb edir

ABŞ senatı Rusiyaya məxsus antivirusdan hərbi məqsədlər üçün istifadənin qadağan olunmasını tələb edib.

AzərTAc xəbər verir ki, silahlı qüvvələr üzrə komitənin məlumatına görə, “Kasperski Laboratoriyası” kompaniyasının proqram təminatı Rusiya hökumətinə Amerikanın hərbi qurumunun işinə müdaxilə etməyə imkan verir.

Qeyd edək ki, bu tələb Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən “Kasperski Laboratoriyası” kompaniyasının ABŞ-da yaşayan 10 əməkdaşının evlərinə baxış keçirildikdən sonra irəli sürülüb. Agentlər kompaniyanın Rusiyaya hansı informasiyaları ötürdüyünü araşdırır.

Şərh Yaz