6 ayda 297 qəza – 84 ölü, 264 yaralı » Hərbiand

Son Dəqiqə:

6 ayda 297 qəza – 84 ölü, 264 yaralı

2017-ci ilin birinci yarısında paytaxt ərazisində baş vermiş 297 yol-nəqliyyat hadisəsində 84 nəfər həlak olub, 264 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,0%, xəsarət alanların sayı isə 22,8% azalsa da, həlak olanların sayı 15,1% artıb.

Şərh Yaz