Bakıda atelyedə güclü partlayış » Hərbiand

Son Dəqiqə:

Bakıda atelyedə güclü partlayış

Bakının mərkəzində, Cəfər Cabbarlı 28 ünvanında yerləşən atelyelərdən birində güclü partlayış baş verib.

“Yeni Müsavat”ın yazdığına görə, hadisə şahidləri içəridə kimyəvi təmizləmə maddələrinin olduğunu bildiriblər.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası alovu ram etməyə çalışır.

Hadisə zamanı iki polis əməkdaşı, bir sakin yaralanıb.

Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxsin dünyasını dəyişdiyi bildirilir.

Şərh Yaz