Şöhrət Eyvazov: “Doğrusu bu dəfə mən də ev almaq üçün müracət etmişdim” – ÖRNƏK » Hərbiand

Son Dəqiqə:

Şöhrət Eyvazov: “Doğrusu bu dəfə mən də ev almaq üçün müracət etmişdim” – ÖRNƏK

Ev almayan jurnalist, İctimai televiziyanın Qarabağ müxbiri və ” Hərbi and” qəzetinin baş redaktor müavini Şöhrət Eyvazov həmkarlarını təbrik etdi.

Əziz həmkarlar!
Öncə hər birinizi 22 iyul Milli Mətbuat günü münasibətiylə təbrik edir, hamınıza yaradıcılıq uğurları arzulayıram!

Bilirik ki, bu günlər yeni mənzillə təmin olunmuş jurnalistlərimiz və onların ailələri üçün ikiqat bayramdır.

Doğrusu bu dəfə mən də ev almaq üçün müracət etmişdim!

Müharibə veteranı, ehtiyatda olan kapitanam və artıq 15 ildir ki, jurnalistikadayam. 2002-ci ildən “Hərbi And” qəzetinin baş redaktor müaviniyəm. 2005-2007-ci illərdə İctimai TV-də yayımlanan “Salam əsgər” verlişinin müxbiri olmjşam. 2007-ci ildən isə İctimai Televiziyanın Qarabağ müxbiriyəm.

2015-ci ildə dövlət başçısının sərəncamıyla “Tərəqqi” medalına layiq görülmüşəm.

Ev ala bilməsəm də siyahıda tanıdığım və haqqı olan çoxlu insan gördüm. Xüsusilə vəfat etmiş jurnalıstlərin ailələrinə göstərilən diqqət məni də riqqətləndirdi.

Möhtərəm prezdentimiz isə yeni binanın təməlini qoyaraq mediaya qayğının davamlı olacağını ğöstərdi.

Ona görə də bu dəfə ev ala bilməyənlərə səbrli olmağı arzulayıram və ümid edirəm ki, tezliklə bizlərin də mənzil problemi həll olunacaq!

Ev alan həmkarlarımıza “Yeni evləriniz mübarəkdir!” – deyək!

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz