Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi gənclərin iştirakı ilə dəyirmi masa keçridi » Hərbiand

Son Dəqiqə:

Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi gənclərin iştirakı ilə dəyirmi masa keçridi

Bu gün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı Mübarizədə Açıq Hökumətin Təşviqi” layihəsi çərçivəsində gənclərin iştirakı ilə dəyirmi masa keçrildi.


Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Taleh Əliyev layihə haqqında ümumi məlumat verərək bildirdi ki, layihənin icra planına uyğun olaraq layihə çərçivəsində www.facebook.com sosial şəbəkəsində “Açıq Hökumətin Təşviqi” adlı səhifənin yaradılması, gənclər, iş adamları, QHT və KİV nümayəndalərinin iştirakı ilə dəyirmi masaların keçrilməsi nəzərdə tutulub. Bu günə qədər, www.facebook.com sosial şəbəkəsində “Açıq Hökumətin Təşviqi” adlı səhifə yaradılıb və QHT və KİV nümayəndələrinin iştirakı ilə dəyirmi masalar keçrilib. Bu gün isə növbəti dəyirmi masa gənclərin iştirakı ilə keçrilir. Sonra söz layihənin eksperti Sabit Bağırova verildi. S. Bağırov Açıq Hökumət Təşəbbüsü və Milli Fəaliyyət Planı haqqında dəyirmi masa iştirakçılarına geniş məlumat verdi. Sonra müzakirələr davam etdirildi.

Şərh Yaz