Qurban Qurbanov: “Kopenhagen” ilə oyunda futbolçularımız və azarkeşlərimiz alqışa layiq idilər » Hərbiand

Son Dəqiqə:

Qurban Qurbanov: “Kopenhagen” ilə oyunda futbolçularımız və azarkeşlərimiz alqışa layiq idilər

“Kopenhagen” ilə oyunda futbolçularımız və azarkeşlərimiz alqışa layiq idilər. Tam nəticəyə oynayan komanda və yaxşı azarkeşlərimiz var idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində Danimarkanın “Kopenhagen” komandasını Bakıda 1:0 hesabı ilə məğlub edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi vurğulayıb ki, “Kopenhagen”ə qarşı oyunun çətin olacağını öncədən bilirdik. Belə də oldu. Bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki “Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalışacağıq ki, səfərdən başıyuxarı dönək.

Şərh Yaz