Braziliyalı rəssam ARTIM layihə məkanında seminarlar keçirəcək » Hərbiand

Son Dəqiqə:

Braziliyalı rəssam ARTIM layihə məkanında seminarlar keçirəcək

Avqustun 28-dən başlayaraq “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında yerli fırça ustaları üçün braziliyalı rəssam Şeyla Zaqo tərəfindən seminarlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək seminarın məqsədi kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır. Rəssam onu görməyə gələn, habelə yoldan keçən adamlar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək. Layihə dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir. Doqquz il əvvəl Braziliyada yaradılmış layihə bu gün dünyanın hər yerində insanları incəsənətin dili ilə bir araya gətirməyə çalışır.

Seminarda iştirak etmək istəyənlər avqustun 23-dək artim@yarat.az elektron ünvanına müraciət edə bilər.

Şərh Yaz