Erməni tarixçi soyqırım iddialarını və “erməni böyüklüyü” mifini darmadağın elədi » Hərbiand

Son Dəqiqə:

Erməni tarixçi soyqırım iddialarını və “erməni böyüklüyü” mifini darmadağın elədi

Bu yaxınlarda erməni əsilli tarixçi, siyasi ekspert Filipp Ekozyantsın sosial şəbəkələrdən birində paylaşdığı “Erməni köçü” adlı videorolik geniş mənada əks-səda doğurdu və erməni mifini darmadağın etdi.

Tarixçi paylaşdığı videorolikdə etiraf edir ki, tarixi hadisələri saxtalaşdırmaqla erməni xalqını real dünyadan kənarda saxlamağa çalışırlar və virtual dünyaya köçürmək istəyirlər. “Soyqırım” anlayışının 20-ci əsrin 40-cı illərində ortaya çıxdığını bildirən tarixçi alim  bildirir ki, ermənilərin “qondarma soyqırımı” iddiası cəfəngiyyatdan başqa bir şey deyildir.

Ekspert hesab edir ki, erməni xalqı illərdir “soyqırım” xülyasına özü inanıb, digər xalqları da inandırmaq xətrinə dünyada veyillənir: “Bu mənada genosid sözü hərfi mənada bizimlə qovuşub. O, hər bir erməni ailəsinin üzvü olub, icazəsiz və çəkinmədən bizim qəlblərimizdə yuva salıb və bizim xalqın həyati şirələrini oradan sorur. Biz qapalı, qəzəbli, kinli olmuşuq və uydurduğumuz dünya ürəyincə olmayan hər kəsi məhv eləməyə hazırıq”.

Tarixçi alimin söylədikləri bir həqiqətdir və erməni ekspertləri də bu həqiqəti təsdiqləyirlər ki, bu proses “təhlükəli mərhələyə qədəm qoyub”. Əslinə qalsa, bu xalqın hərəkətlərinin hər zaman təhlükəli mərhələdə olmasını, ermənilərin fırıldaqçılıqdan, saxtakarlıqdan və günahsız adamları qırmaqdan başqa silaha malik olmamasını bir çox tanınmış şəxsiyyətlər –  U. Çörçil, A.S.Puşkin, alman səyyahı Alfred Karte, İ.Çavçavadze, Korneli Tatsis, V.Veldişko, Qriboyedov, Nekrasov və başqaları da öz fikirlərində bildiriblər.

Hər zaman ermənilər tarixi saxtalaşdıraraq sübut etməyə çalışırlar ki, guya onlara qarşı törədilmiş “soyqırım” nəticəsində 1,5 milyon erməninin qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və s. qabardaraq, Türkiyə və Azərbaycana qarşı şər-böhtan kompaniyası aparır, bu iddianın həqiqət olduğunu dünya ölkələrinə, dünyanın bütün nüfuzlu ictimai-siyasi təşkilatlarına sırımağa çalışırlar.  Qeyd edək ki, ermənilərin soyqırımına məruz qalmaları haqqında dünya dövlətlərinin arxivlərində heç bir tarixi sənəd yoxdur. İllər ərzində dəfələrlə arxiv sənədlərinin araşdırılması, faktların ortaya çıxarılması barədə erməni dövlətinə müraciətlər edilsə də, onlar bu məsələ ilə bağlı həqiqətdən yayınmaq mövqeyi tutublar. Çünki hər zaman onların iddia etdiklərinin əksi baş verib.  Belə ki, onların havadarlarının dəstəyi  ilə türklərə, azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin – soyqırımlarının, terror aktlarının, vandalizmin və s. dünyada misli-bərabəri olmayıb.

Siyasi ekspert onu da etiraf edir ki, erməni xalqı əsası olmayan iddialarala “tullantıya” çevrilib: “Qonşu xalqlara, xüsusən də türk xalqına qarşı özümüzün sürrealist tələblərimiz və iddialarımızla biz öz coğrafi əhatəmizdə bioloji izqoya (tullantı – red.) çevrilmişik. Və biz heç cür anlaya bilmirik ki, həm bizim “soyqırım” anlayışının yaradıcıları, həm də qonşulara qarşı mənəvi, tarixi və ərazi iddialarının təşkilatçıları – hansılar ki, çox gözəl şəkildə erməni xalqının qurbanlıq obrazını tərənnüm edirlər – əslində bizim amansız və məkrli düşmənlərimizdir”.

Bəli, erməni xalqının amansız və məkrli bir düşməni var – o da cinayətkar Ermənistan hakimiyyətidir. Onların Xocalıda,Qaradağlıda, Ağdabanda və digər yaşayış məntəqələrində sələflərinin cinayətkar fəaliyyətinin davamı olaraq törətdikləri soyqırımlar, qətliamlar tarixin səhifəsindən heç vaxt silinməyəcəkdir. Dağlıq Qarabağ  və onun ətraf bölgələrində törədilmiş qanlı cinayətlər tarixi keçmiş deyil, artıq bugünkü reallıqdır. Bu cinayətlər nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlarında minlərlə dinc əhali qətlə yetirilib.

Ekspert onu da qeyd edir ki, 19-cu əsrin sonlarında türkləri, 20-ci əsrin sonlarında azərbaycanlıları bizim düşmənlərimizə çevirirdilərsə, indi də ruslara qarşı xalqımıza uğurlu şəkildə nifrət virusu peyvənd edirlər: “Odur ki, nə qədər ağır da olsa biz öz real, təbii ailəmizə qayıtmalıyıq. Əgər bunu eləməsək, mən əminəm: biz məhv olacağıq, həll olub gedəcəyik”.

Burada müəllif, son zamanlar Ermənistanda gizli şəkildə anti-Rusiya kompaniyası aparıldığına işarə vurub. Belə ki, Ermənistanın Qərbyönümlü siyasət yürütməsi Rusiyanı ciddi narahat etməyə başlayıb. Yaranmış vəziyyətdə Ermənistanın əsl istəyi çox bəsitdir – əsas məsələ kimlərdənsə daha çox yararlanmaqdır. Bu yaxınlarda rus politoloq S.Mar­kovun söylədikləri Ermənistanın Rusiyanı daimi müttəfiq kimi qəbul etməməsini sübut edir: ” Er­mə­nis­tan hər zaman Ru­si­ya ilə müt­tə­fiq ol­du­ğu­nu de­sə də, əs­lin­də baş­qa si­ya­sət – NA­TO ilə ge­niş əmək­daş­lıq si­ya­sə­ti yü­rüdür. Er­mə­nis­tan öz müt­tə­fi­qi qis­min­də Ru­si­ya­dan mə­na­fe­lə­ri üçün is­ti­fa­də edir. Bu yol­la da Er­mə­nis­tan rəhb­bər­li­yi nü­ma­yiş et­di­rir ki, on­lar Ru­si­ya­nın Azər­bay­can­la əmək­daş­lı­ğın­dan məm­nun de­yil. Er­mə­nis­tanın son zamanlar atdığı addımlar, NATO-ya meyillənməsi Ru­si­ya­ya ar­tıq gü­vən­mə­di­yini ortaya qoyur. Hesab edirəm ki, bu Ru­si­ya­ya qarşı bir xə­bər­dar­lıq me­sa­jı­dır”.

Açıq-aydın görünür ki, Serj Sarkisyanın həyata keçirdiyi siyasət yarıtmazdır.  Erməni ekspertlər onu da israrla vurğulayırlar ki, ölkənin təcrid olunmasının əsas səbəblərindən biri İrəvanın yanlış xarici siyasətidir. Bu, maraqlı məqamdır, çünki indiyə qədər ermənilər bütün bəlaların baiskarı kimi Azərbaycan və Türkiyəni ittiham edirdilər. Görünür, artıq həqiqəti etiraf etmək vaxtı çatıb. Erməni siyasi şüurunun nə dərəcədə bu məsələdə davamlı olacağını zaman göstərəcək. Bir çox siyasi ekspertlər, o cümlədən erməni ekspert Akop Badalyan hesab edir ki, Azərbaycanın xarici siyasətdə qazandığı nailiyyətlər Ermənistan rəhbərliyini hakimiyyətdə qalmaq üçün müxtəlif vasitələrə əl atmağa təhrik edir.

Ermənistandan fərqli olaraq beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə üstünlük verən Azərbaycan hökuməti düzgün xarici siyasət yürüdür. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət hesabına uğurlu və sürətli inkişaf yolundadır və Azərbaycanın inkişaf səviyyəsi Ermənistanın inkişaf səviyyəsi ilə müqayisəedilməzdir. Bu onu sübut edir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, qətiyyəti sayəsində gec-tez işğal altında qalan torpaqlarımız geri qaytarılacaq, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq. Əlbəttə bütün bunlar suverenliyimizin qarantı Azərbaycan Ordusunun sayəsində baş verəcək.

 Ancaq videoçarxının sonunda Filipp Ekozyants erməni xislətini ortaya qoyur. Belə ki, ekspert hesab edir ki, digər bütün xalqlar kimi onların da qədim keçmişi var: “Mən dəfələrlə təkrar eləmişəm və yenə təkrar edirəm: bizim güclü dövlətimiz olub. Onun adı Osmanlı İmperiyasıdır. Və biz orada erməni etiqadlı osmanlılar olmuşuq. Bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və sizə məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqəti daha ətraflı şəkildə təqdim edəcəyəm”.

Onu qeyd etmək istəyirəm ki, Ermənistanın bütün “tarixi” və “tarixi iddiaları”- “Böyük Ermənistan”, “Erməni soyqırımı” və s. yalanlar üzərində qurulub. Halbuki, dünya tarixşünaslığında erməni adlandırdığımız hayların tarixi qədər qarmaqarışıq və saxta tarixə rast gəlmək mümkün deyil. Tarixləri qədər, onların etnogenezi də ziddiyyətli və dolaşıqdır.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə haylar ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəliblər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxıb, həmin məbədləri kilsəyə çevirib, elə oradaca saxta tarix əsərləri quraşdırıblar. Qəribidir ki, erməni tarixçiləri Eçmiədzin monastırının IV əsrin əvvəllərindən, hayların əlifbasının isə V əsrin əvvələrindən mövcudluğunu iddia etsələr də, M.Xorenasinin “Hayların tarixi”nin ən qədim əlyazması XIV əsrdən o tərəfə keçmir. Erməni tarixçisi Baxşi İşxanyan ermənilərin özlərinə həqiqi vətən hesab etdikləri “Böyük Ermənistan”ın Rusiyanın hüdudlarından kənarda – Kiçik Asiyada yerləşdiyini yazır.
Rus Qafqazşünası İvan Şopen qədim müəlliflərin əsərlərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, haylarla erməniləri eyni mənşəli hesab etmək olmaz. Eramızdan əvvəl XII əsrdə Balkanlardan Kiçik Asiyaya köçüb gələn haylar onlara qohum olan frako-frikiya tayfaları ilə birlikdə Dəclə və Fərat çayları arasında məskunlaşıblar. İndiki Ermənistan ərazisində ermənilərin tədricən məskunlaşması 1441-ci ildə Qaraqoyunlu əmirlərinin hakimiyyəti dövründə erməni katolikosluğunun Kilikiyadan İrəvan şəhəri yaxınlığındakı Vağarşapad kəndindəki kilsəyə köçürülməsindən sonra başlanıbdır. Əslində, Cənubi Qafqazda ən gec məskunlaşan etnos ermənilərdir. Qədim türklər olan saklar, skiflər, kimmerlər, hunlar, barsillər, oğuzlar, qıpçaqlar Qafqazda at oynadanda bu regionda ermənilərin heç izi-tozu belə yox idi. Erməniləri Osmanlı İmperiyası ilə eyniləşdirmək xüsusilə absurddur.

Ermənilər kütləvi surətdə indi Ermənistan adlanan əraziyə İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra imzalanan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin şərtlərinə əsasən İran və Türkiyədən köçürülüb gətirilmişdir.
Bütün yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, indiki Ermənistan Respublikasının ərazisinin və onun paytaxtı İrəvanın ermənilərə heç bir aidiyyəti olmamışdır. Bu ərazi qədim türk-oğuz yurdudur.

Təəssüf ki, Ermənistan bu gün də qondarma “erməni soyqırımı” cəfəngiyyatını gündəmdə saxlayaraq işğalçılıq siyasətini davam etdirməkdədir. Onların qarşısını yalnız bir yolla – müharibə yolu ilə Qarabağ və İrəvan xanlığı torpaqlarını azad edərək tarixi ədaləti bərpa etmək olar. Bu tarixi ədaləti də Azərbaycan Ordusu bərpa edəcək. İnanıram ki, tezliklə ordumuzun sayəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olunacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Kapitan

Məhəmməd ƏLİYEV,

“Azərbaycan Ordusu”

Şərh Yaz