“Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində təlimlər keçirilib » Hərbiand

Son Dəqiqə:

“Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində təlimlər keçirilib

Bu gün, avqustun 31- də  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Müəllimlər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində növbəti təlim keçrildi.

Bakı şəhəri Binəqədi rayonunun Biləcəri  qəsəbəsində yerləşən 284 sayılı məktəbdə keçrilən  ilk təlimdə 30-a yaxın müəllim və valideyn iştirak edirdi.
“Azad Müəllimlər” İctimai Birliyinin nümayəndəsi, layihə rəhbərinin köməkçisi  Ramiz Kərimov layihə haqqında ümumi məlumat verərək bildirdi ki, layihənin icra planına uyğun olaraq layihə çərçivəsində planlaşdırılan növbəti təlimimizə başlayırıq. Sonra söz layihənin eksperti Gülsüm Axundova  verildi. G.Axundova Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığı haqqında təlim iştirakçılarına geniş məlumat verdi. Uğurla keçən təlimin sonunda iştirakçılar belə təlimlərin tez-tez keçirilməsinin çox vacib olduğunu vurğuladılar.

Şərh Yaz