Xanəmir Telmanoğlu: “Vətən diri, dipdiri, ruh daşıyan bir məkandır” » Hərbiand

Son Dəqiqə:

Xanəmir Telmanoğlu: “Vətən diri, dipdiri, ruh daşıyan bir məkandır”

VƏTƏN ANLAYIŞINI MÜƏYYƏN ETMƏLİYİK

  

Artıq həftələrdir ki, eyni insanla olan müsahibələri oxuculara təqdim edirik və bu heç də təsadüfi deyildi. Çünki Vətənə elə Vətəni kimi yanaşan insanların dəyərini bilmək lazımdır. Ona görə ki, Vətəni Vətən qılan da onun insanlarıdır. Həmdə dəyərli insanları…

“Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərini ntərbiyəsi”  mövzusunda həmsöhbətimiz Yazıçı-şair Xanəmir Telmanoğlu ilə həftələrdi davam edən müsahibənin beşinci və hələlik son sayını “Hərbi and” oxucularına təqdim edirik.

 

  • Məktəblərdə kişi müəllimlər yox həddindədir…

 

  • Təbii ki, bu dövlətin həssaslığına qalmış strateji bir plan. Sözsüz ki, təhlükəli bir sorunla üz-üzəyik. Biz bu savaşdan ya da mühasirədən necə çıxacağıq? Ya özümüzü partladan bir kamikadze kimi əsir düşməməliyik. Ya da çıxış yolu o ki, sona kimi savaş, mücadilə, dirəniş gərəkir. Bu yöndə isə, hələlik bir qıpırdama görümür. Təhsildəki mənasızlıqla yanaşı, cəmiyyətimizin balansının necə pozulduğunun fərqindəyəm. Bilirsiniz, bilgi kitablarda olmur. Təhsil və təhsil sistemi kitabla, bilgiylə öz haqqını ödəmir. Bilgi, təhsil insan faktorudur və insan üzərindən cərəyan edir. Bu da gerçəkdir ki, elmin, bilginin cinsiyyəti olmasa da, elmin, bilginin öyrənilmə metodundan tutumuş, mənimsəmə sürəcinə qədər cinsəllik reallığa dayanır. Kişi müəllimlərin təhsilimizdə azalması, təhsilin tərkisilah edilməsinə dəlalət edir. Kişinin varlığı təhsildə psixoloji olaraq daha çox etgi, daha çox öyrənmə prosesi təşkil edir. Kişi hüceyrələri və hormonları elmin  mahiyyəti üzərində daha çox uyğun və  ilahi hegomonluq qazanıb.  Bir millətin təhsil sistemində kişi eğitimçiləri azalırsa, o elmin gələcəkdə mütləq ailə fərdlərimizə zərər vuracağı dəqiqdir. Bu gələcəkdə ailə ocaqlarımızın düzənin, təməlinin darmadağın olacağından xəbər verir. Çünki elm, təhsil həm də tərbiyəylə, əxlaqla yükünü bölüşür və hesablaşır. Kişi müəllimlərin varlığının təhsildə azalması və təhsildən getdikcə yoxa çıxması, bizim cəmiyyətin gələcəkdə patriarxal deyil, matriarxal bir sistemə girəcəyindən xəbər verir. Burda qadınların o cəmiyyətdə üstün olub ommasından söhbət getmir. Bu təhlükəli haldır. Biz bu qaydanı indidən çalışıb dövlət səviyyəsində pozmalıyıq. Çünki cəmiyyətdə kişi energetikası əskik olan yerimizdən fəsadlar içəri dolmağa başlayacaq. Kişi energetikası qadın energetikasını balanslaşdırmalıdır. Özümüz təhsil veririk, bir təfədən də həyatımızdan bizzat  elmi, təhsili çıxarırırq. Belə olmaz!

 

  • Gəncliyimizdə aydın mövqe müşahidə edirsiz?

 

  • Öz mövqeyində kəsin və dəqiq olan, nə istədiyini bilən gənclər də tanıyıram. Bir məsələni deyim sizə: bizim gənclərin mövqeyi hələ cəmiyyətə sıçramayıb, adlamayıb. Bu çox önəmlidir. Hər hansı bir məsələylə bağlı mövqe nümayiş etdirmək, fikir formalaşdırmaq, şəxsiyyətin varlığından dışarı çıxmayanda sossial və mənəvi partlayışlara gətirib çıxarır. Bu günkü Azərbaycan gəncliyinin mənəvi ehtirasını elektron aləmi nə qədər sərbəstlik olsa, verilsə belə ödəyə bilmir. Çünki, mövqe, daşınılan mənəvi yük canlılıq tələb edir, cəmiyyətlə kontak istəyir. Əks halda, o mənəvi partlayışlar fiziksəl əyləmə dönüşəndə, onun qarşısını almaq mümükün olmur. Mənəvi istəklər, cəmiyyətə veriləcək mesajlar uzun zaman mənəvi istəklər bürüncəyində qalanda çılğınlıq, dəlilik dozasına çevrilir, hər can öz varlığını bu dəliliyə, çılğınlığa, daşqınlığa qurban vermək istəyir. Onda sonuc olmadığından  hər iki tərəf: cəmiyyət də, dövlət də bundan zərər görür. Ona görə də hər hansı bir fikri, ideologiyanı, inancı qəbul edib onu idealına çevirən gəncliyə vaxtında cəmiyyətə demək istədiklərinə şərait yaratmalıdır ki, o mesajlar cəmiyyətdəki hərcailiyin, cəhalətin, incikliyin qarşısını alacaq bir təkana dönüşsün.

 

  • Aparılan islahatlarda gənc fəallar az deyil. Sizcə bu potensial nədən irəli gəlir?

 

  • Sovetlər sonrası başımız çox işlərə qarışdı. İnsan, gənclik, gəncliyin potensialı kimi anlayışlar məsuliyyətimizdən kənar bir məna daşımağa başladı. Bütün çabalar və çalışmalar insan dışında hər şeyə sərf edildi. Ölkənin ulusal və milli müstəqlilliyi, özgürlüyü, hürrəiyyəti mövzubəhsi olduğu üçün, bu sürəcdə insanı, özəlliklə gəncliyi göz ardı edə bilməzdik. Ancaq edildi. Hürriyyətimizin başlanğıcında bu şərtlər nəzərə alınsaydı, heç olmasa hər sahədə 5-10 gənc yetişdirə bilsəydik, bu gün bir çox ağrılaımızı sancısız ötüşdürə bilərdik. Dövlətin Milli Strateji Araşdırmalar Mərkəzi olması gərəkirdi.  Ölkənin milli varlığını gələcəkdə qaranti altına alması gərəkən paralel universitet və məktəblər də açılmalaıydı. Ancaq Qərb modelinə zidd olan. Biz gözlərimizi yumub özümüz Qərbin ağuşuna ata bilməzdik. Mən dünyada gedən qaçılması zor olan prosesləri dərk eləməyə çalışıram. Ancaq bizim bütün bunlara göz yummağa haqqımız yoxdur. Başqalarından fərli olaraq bizim 1990-cı illərdən necə böyük bir təcrübəmiz vardı. Azərbaycan Cümhuriyyətinin və onun aqibətinin 1960-c illərə qədərə sürüb gələn faciəmiz. O faciə ki, yıxılan, dağıdılan o dövlətin geridə qalan aydınları nə şəkildə kimlərin əlləriylə infaz edildi. Soyları quruduldu. Nəsilləri kəsildi. Siz bilirsinizmi ki, ruslar Qafqaza gələndən bu yana bu coğrafiyada varlığımız üçün olduqca vazkeçilməz  neçə neçə nəsillər, soylar, tayfalar kökündən yox edildi? Bunların hamısını bilincli və planlı olaraq həyata keçirməkdən çəkinmədilər. Bizi beləcə təkləyib tənhalaşdırıb sonra da yoxluğa sürüklədilər. Millət gəncliyini, öz aydınını tanımayanda beləcə təkliyə, tənhalığa sürükləndirilir, tərk etdirilir.

    Ancaq bu gün anlaşılır  ki, dövlət bu təhlükənin yaxında olduğunu hiss etmişdir. Mən bu yöndə həyata keçirilən milli-strateji planlara yalnız və yalnız sevinə bilərəm.

 

  • Vətən sizin çün nə deməkdir?

 

  • Öz tüküylə, lələyiylə suyun üzərində özünə yuva quran, ev tikən Luvr ördəyini bilirsiniz. Vətən bizim tənimizdən özümüzə yaratdığımız yuvadır. Vətən bizim meyidimizdən, qanımızdan, əl-ayağımızdan, ürəyimizdən, gözlərimizdən, qafamızdan, kirpiklərimizdən, burnumuzdan, burun dəliklərimizdən, qulaqlarımızdan, çənəmizdən, sinəmizdən, sümüklərimizdən, dərimizdən, ürəyimizdən, böyrəklərimizdən düzəltdiyimiz yuvadır. Bu yuvanı yapdıqdan sonra öz nəfəsimizdən ora eynən AllAH KİMİ ruh üflərik. O bədəndən oluşan yuvaya nəfəsimizi verdikdə olur VƏTƏN. Vətən diri, dipdiri, ruh daşıyan bir məkandır. Ruh daşımırsa, o qürbətdir. Qürbət də deyil, torpaq ya vətəndir, ya da kafər elidir. Biz əsrlərdir yaşadığımız torpaqları ya vətən deyə tanımladıq, Vətən yapdıq, ya da o torpaqlarla birgə əldə elədiyimiz torpaqları, kafər tapdağındakı məkanları o qutsallığa yüksəltdik. Məsələn, mən İstanbula necə Vətən demiyə bilərəm ki? Ya Bağdada, Kərkükə, Ərdəbilə, Xoya, Təbrizə, Mərndə, Dərbəndə, Anadoluya, Orta Asiyaya, Uyğurstana!!! Bu yer üzündə bizim ruhumuzu götürməyən torpaqlar az qala yox kimidir. Bu o deməkdir ki, bu dünyanın bizə, ulusumuza, millətimizə bir bədəli var. Atilladan, Oğuz Kağandan, Teymurdan, Çingizdən, Xətaidən, Fatehdən, Yavuz Səlimdən, Qacardan  belə dünyanı özünün hakimiyyəti altında bulundurmadığı bir ərazi yox kimi. Demək həm də bu günkü millətlərin ulusumuza bir vəfa borcu var. Biz heç bir borc-filan istəmirik. Sadəcə bizimlə hələlik ədalətli keçinsinlər yetər. Sonrasını danışarıq…

    Dilimizdə yurd kəlməsi var. Vətən deməmişdən öncə yurd demişik. Yurd sözü yurt-qurd-qor-d, ya od demək. Hər iki halda yurd sözü dilimizdə odla, ocaqla bağlı bir yaklaşımdır. Bizlər yaşayacağımız yerimizdə od-ocaq, ailə-uşaq sahibi olub, törəmizi uyğulayan bir ulus olmuşuq. İçimzdə gətirdiyimiz İlahi işığı, Ali atəşi, yaşadığımız yerlərdə oda, ocağa, közə, istiyə, mehribançılığa, sevgiyə çevirə bilmişik. Biz mayamızı  Qutsal Odla qoymuşuq bu torpaqlar üzərində. Daha doğrusu torpağı eşqimizə qazandırmaq naminə odumuzla mayalamışıq  yer-yurdumuzu. Hətta yer-yurd sözündəki “yer”dən-“yar”dan da belə bir anlam hasil olur ki, biz bir etnos kimi nigahımızı torpaqla kəsib ona yer-yurt, yer-yar, yer-yar-yurt demişik.

 

  • Bəs müharibə…

 

  • Qüsura baxmayın, mən müharibəni sevirəm. Yetər ki düşmənin olsun, savaşmağı da Allah bizə nəsib etsin. Savaş bilməyən, torpaq uğrunda döyüşməyən millət millət deyil. Savaş bizi fərqli qılan, bizi müstəsna edən, özgürlüyümüzə yaxınlaşdıran bir əyləmdir. Savaş bizim yatmış mədəni imkanlarımızı və milli-insani özəlliyimizi üzə çıxarmaqla yanaşı, həm də sınaqdan çıxarır.  Heç olmasa  50 ildən bir savaşa qatılmağımız, haqsızlığa qarşı toparlanıb tavrımızı ortaya qoymağımız gərəkir. Savaşdan qorxmaq lazım deyil. Bu insan bir gün yaranıbsa bir gün öləcək. Bu sönsuz zaman içində heç olmasa anlamlı, mahiyyətli, bilgili ölsə, bu üstünlük onu getdiyi bütün aləmlərdə izləyəcək. Onun yanında olacaq. İnsan bilincli şəkildə, üstəlik inanclı olaraq dünyasını dəyişərsə, bu dünyada öyrəndiyi, əldə elədiyi bütün mənəvi imkanları onunla  sonsuza qədər böyüyə böyüyə gedər. Onun uzağını yaxın edər. Onu ONA daha da yaxın tutar. Onun mənəvi hüsnünü gözəlləşdirər. Allah gözəl olanı sevər. Düşmənin yoxsa, bir düşmən uydur, bir düşmən tapacaqsan illahım da. Savaşmalı olduğunla savaşacaq, onu yenməyi və ona haqlı olduğunu isbatlayacaqsan. Bu duruma düşməsəydik, mən belə danışmazdım. Sadəcə başqalarının işinə yarayacaq savaşı sevmirəm. Mən savaşa insan ölümü kimi baxmıram. Mən savaşa uşaqların atasız, gəlinlərin ərsiz, kəndlərin kişisiz qalamsı kimi baxmıram. Mən savaşa Vətən dediyin torpaqların  kafər yurdu deyə bilindiyi kimi baxıram. Torpaqlarımızın gavurun  əxlaqsızlığı ilə haramlaşacağından qorxub savaşaram.

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz