Şahin Əhmədoğlu: “Vətəni sevmək, bəzən ehtiyac olmadığı halda yanılı qalan bir elektrik lampasını söndürməkdir” » Hərbiand

Son Dəqiqə:

Şahin Əhmədoğlu: “Vətəni sevmək, bəzən ehtiyac olmadığı halda yanılı qalan bir elektrik lampasını söndürməkdir”

BU DÜNYA AXİRƏTİN TARLASIDIR

 

Sultanım, niyə İstanbulu fəth etdiniz?” sualına Ulu Xaqan Fatih Sultan Məhəmməddən bu cavab alınır: – “İstanbul məni fəth etdiyi üçün”.

Türkiyə bütün türk dünyasının gözbəbəyi, böyük qardaşıdır. Azərbaycanın ən yaxın müttəfiqi və dostudur. Məhz bu səbəbdən də, həmişə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq əlaqələri olub. Bu ölkələr tarixən “iki dövlət bir millət” devizi ilə tanınıb dünyada. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi” mövzusunda bu həftəki həmsöhbətimiz isə artıq uzun zamandır ki, qardaş Türkiyədə yaşayır və fəaliyyət göstərir. Söhbət İlahiyyatçı-Pedaqoq Şahin Əhmədoğlundan gedir.

 

  • Xoş gördük. Öncə sizi yaxından tanıyaq.

 

  • Sizi də xoş gördük. Mən Şahin Əhmədoğlu. 1973-cü ildə Saatlı rayonunda anadan olmuşam. 1992-ci ildə “Böyük Tələbə Projesi” ilə Türkiyə’yə təhsil almağa getmişəm. 1998-ci ildə Ankara Universiteti İlahiyat Fakültəsindən məzun olmuşam. 1998-2005-ci illərdə eyni universitetin sosial elmlər institutu İslam Məzhəbləri Tarixi kafedrasında həm magistr həm də doktorantura təhsili almışam. Daha sonra vətənə qaytımışam. Bakıda Bakı-Atatürk və TDV Bakı-Türk liseylərində beş il müəllim işləmişəm. 2010-cu ildə isə yenidən Türkiyəyə getmişəm. Bu dəfə tələbə kimi yox, müəllim kimi. İğdır Universitetində 7 il işlədikdən sonra bu il təyinatımı Kırıkkale universitetinə almışam. Hal-hazırda bu universitetin İslami Elmlər Fakültəsində Kəlam və Etiqadi İslam Məzhəbləri Tarixi kafedrasında müəllim işləyirəm. 2015-ci ildə dossent ünvanı almışam. İxtisas sahəm İslam Məzhəbləri tarixidir.

 

 

  • Sizcə vətən hara deyilir?

 

  • Mənə görə yer kürəsi hamımızın vətənidir. Ancaq əsas məsələ harda dünyaya göz açmaqdır. Çünki insanın dünyaya göz açdığı el-obanın onun beyni və qəlbindəki yeri ayrıdır. Fəlsəfi mənada isə onu deyə bilərəm ki, mənim olduğum hər yer gözəldir. Çünki orada mən yaşayıram.

 

  • Vətənpərvərlik təkcə vətəni sevməyə deyilir?

 

  • Vətənpərvərlik ancaq “vətənimi sevirəm” deməklə olmur. Hər bir vətəndaş öz üzərinə düşən işləri yerinə yetirdiyi vaxt “vətəni sevirəm” düşüncəsini yerinə yetirmiş olur. Pafoslu çıxışlarla vətən sevilməz. Vətən bir bütündür, ona ana deyirik. Anamızı necə seviriksə vətənimizi də elə sevməliyik. Çox adi şeyləri diqqətinizə çatdırmaq istəyirəm. Vətəni sevmək, bəzən ehtiyac olmadığı halda yanılı qalan bir elektrik lampasını söndürməkdir. Bəzən açıq qalan su kranını bağlamaqdır vətəni səvmək. Bundan sonra çox oxumaqdan, düşünməkdən, yeni şeylər kəşf etməkdən və cəmiyyətə faydalı işlər görməkdən başlayır vətəni sevmək.

 

  • Hərbi vətənpərvərlik necə?

 

  • Biz, Qarabağ müharibəsinin ilk mərhələsində məğlub olmuşuq. Müharibə aparmağı, döyüşməyi mütləq öyrənməliyik! Yəni, vətən üçün hər birimiz əsgər olmalıyıq!

 

  • Bəs sizə görə milli mənlik nə deməkdir?

 

  • Milli mənlik özünü, torpağını, vətənini, millətini, dəyərlərini bilmək və yaşatmaqdır. Bütöv mənada isə tarixi yaddaşı bilməkdir.

 

  • Uşaq və gənclər arasında milli mənlik şüurunu necə inkişaf etdirmək olar?

 

  • Tərbiyə dünyaya gəldikdən sonra başlayır və uşaq böyüdükcə ətraf-mühit onun formalaşmasına təsir edir. Məktəb təlim-tərbiyəsi başladıqdan sonra uşaqların fərdi inkişafına təkan verəcək işlərin görülməsi vacibdir. Uşaq və gənclər arasında kitaba həvəs yaratmaq, vətənpərvər mözvuda inşalar, esselər, məqalələr yazdırmaq, yarışlar keçirmək və bunların müqabilində onları ödülləndirmək lazımdır. Həmçinin, keçmişi öyrədərək, vətən sevgisini aşılayaraq, müsbət adət ənənələri xatırladaraq uğur əldə etmək mümkündür. Belə olarsa uşaqları və gəncləri istədiyimiz səmtə daha çox təşviq edə bilərik.

    Həmçinin tarixi əsərlərdəki obrazlar da bugünki gəncliyin düşüncə tərzini dəyişə bilər. Çünki cəmiyyət qəhrəmanları ilə tanınır, ondan nümunə götürülür. Qəhrəmanlar eyni zamanda gəncliyin dünya görüşünün formalaşmasında ciddi əhəmiyyət daşıyır. Məsələn, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə və silah yoldaşlarının min-bir çətinliklə ərsəyə gətirdiyi Azərbaycan Cumhuriyyəti…

    Ə.Rəsulzadəni və Cumhuriyətimizi Sovet hakimiyyəti ciddi cəhtlə unutdurmağa çalışsa da bu mümkün olmadı. Nəticədə həqiqət öz yerini tapdı. Bugün biz həm də o böyük insanların yolunu, fikirlərini araşdırmalı və təbliğ etməliyik ki, yetişməkdə olan gəncliyə dəyərli nümunələr verək.

    Vətənpərvərlik hisslərinin aşılanması da sadaladığım məqamlardan başlayır. Vətən Anadır! Ona gorə də həm vətənə həm də anamıza sahib çıxmalıyıq. Onun çətinliklərini, dərdlərini öyrənməli və aradan qaldırılması üçün mübarizə aparmaqla nümunə verə bilərik gəncliyə.

 

  • İndiki gəncliklə sizin nəsil arasında gözəçarpan fərq var?

 

  • Xüsusi ilə bizim nəsil (özümü nəzərdə tuturam) Qarabağ savaşının uduzmasıyla böyük bir məğlubiyyət hissi yaşayıb. 25 faiz torpaqlarımızın işğal edilməsi asan başa düşülən bir məsələ deyildir. Yeni nəsil isə bizim övladlarımızdır. Yəni, açıq demək lazımdırsa məğlubiyyət hissinin yeni nəsildə qismən davam etdiyini müşahidə edirəm. Ancaq buna baxmayaraq son illərdəki vətənpərvərliklə əlaqəli ictimai həyatda müsbət dəyişikliklərin olduğunu da söyləmək mümkündür.

 

  • Türkiyə ilə Azərbaycan gəncliyini nələr fərqləndirir?

 

  • Türkiyə böyük dövlətdir. Eyni zamanda müasir dünya ilə əlaqələri daha genişdir. Bu da gənclərin elm və texnalogiya sahəsindəki inkişafına öz müsbət təsirini göstərir. Bununla birlikdə burdaki gənclər öz gələcəklərini kiçik yaşlarından başlayaraq qurmağı öyrənirlər. Bəlkə bu yaxınlaşma tərzi onları daha da müstəqil addım atmağa imkan verir. Azərbaycan gənci beyninin müstəqil olması üçün daha çox çalışmalıdır.

    Türk gənci bayrağı, vətəni, milləti üçün gözlərini qırpmadan, “Hərşey vətən üçün!” – deyib ölümə gedə bilir. Bizim Azərbaycanda da belə gənclərimiz çoxdur. Məsələn, Mübariz İbrahimov, Fərid Əhmədov və onların timsalında bütün şəhidlərimiz belə gənclərimizdən idi. Allah hamısına rəhmət eləsin!

 

  • Bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması barədə nə düşünürsüz?

 

  • Bu çox aktula bir məsələdir. İnsan həm maddi həm mənəvi varlıqdır. Onun mənəvi qidaya daha çox ehtiyacı var. Bu dünya keçici bir məkandır. Biz isə bu dünyaya yer üzünü düzəltmək və inşa etmək üçün göndərilmişik. Bir mənada “bu dünya axirətin, tarlasıdır”. Tarlaya nə əkərsənsə axırda onu biçərsən. Həm bu dünyada həyatımızı, keçimimizi qazanmalıyıq, həm də axirətimiz üçün gözəl və mənalı işlər görməliyik.

 

  • Gənclərin dəstəyi olmadan inkişaf etmək mümkündür?

 

  • Bilirsiz, hamımız yaşadığımız cəmiyyətin üzvləriyik. Təbii ki, gənclər bir cəmiyyətin ən dinamik hissəsini təşkil edir. Onlar elm və texnologiya əsrində dünyaya gəliblər. Gənclər dünyada baş verən bütün xəbərləri internet vasitəsi ilə öyrənmək imkanına malikdirlər. Bu onları cəmiyyətdəki proseslərin mərkəzinə çəkir. Onlar yenilikləri anında görürlər və istəyirlər ki, cəmiyyətdə daha çox söz sahibi olsunlar. Buna gorə də gənclərə daha çox etimad göstərilməli və onlara daha yüksək səviyyədə inkişaf etmələri üçün hər cür şərait yaradılmalıdır.

 

  • Aparılan islahatlar gənclərdə vətənpərvərlik hisləri aşılayır?

 

  • Əgər ölkədə aparılan islahatlar gənclərin, daha yaxşı təhsil alması, işlə təmin olunması sahəsində isə bu həm də onların vətənə, dövlətə daha yaxşı yiyələnməsinə gətirib çıxaracaqdır. Bunu bütün sahələrə şamil etmək olar.

 

  • Gənclikdə aydın mövqe görə bilirsiz?

 

  • Cətin sualdır. Mütləq əksəriyyət deyə bilmərəm, fərdi və grup şəklində bəlkə də bunu demək mümkün olar. Yuxarıda dediyim kimi, hələlik biz məğlub cəmiyyətik. Düzdü, savaşın əb böyük hissəsi qarşıdadır, qalib olacağıq, ancaq gənclərin azad düşncəsinin, onların özlərini daha rahat ifadə etmələrinin önündəki əngəlləri qaldırdığımız vaxt onlar özlərini daha da aydın şəkildə ifadə edəcəklər.

 

 

  • İşğal günlərinin faciə kimi qeyd edilməsi ruh düşgünlüyü yaradır?

 

  • İşğal günləri əlbətdə bizim cəmiyyətimizin yaddaşında dərin yaralar meydana gətirib. Biz müharibəni ilkin mərhələdə uduzmuşuq. Ancaq müharibəni uduzmağın özü faciə deyildir. Təkrar toparlanıb, torpaqlarımızı işğaldan azad etməliyik. Bəlkə bu bizim üçün dərsdir. Bəlkə yenidən və həmişəlik dirçəlişimizə şərait yaradacaqdır. Pessimist olmaq lazım deyil. Hamı bir nəfər kimi torpaqların azad olunması üçün çalışmalıdır. Uşaqlara bu kimi hadisələrin hər millətin, xalqın başına gələ biləcək bir hadisə kimi çatdırmaq lazımdır. Əsas odur ki, uşaqlarmıza məğlubiyyət yox, qələbə anlayışını aşılayaq.

 

  • Düşmənə nifrət hissini necə?

 

  • Düşmən düşməndir. Soyuqqanlı olmaq və baş verənləri olduğu kimi anlatmaq lazımdır. Biz insanpərvərik, insanları da sevmək lazımdır. Ancaq bu dünyada yaxşı insanlar olduğu kimi pis insanlar da var. Bir mənada yaxşı ilə pis, mənfi ilə müsbət, xeyir ilə şər mübarizə aparır. Uşaqlara öz vətənini, torpağını kim işğal edərsə, ona qarşı mübarizə aparmağın doğru bir addım olduğunu anlatmaq lazımdır. Çünkü bizim varlığmıza, mənliyimizə qarşı bir hücum var. Bunun qarşısını almaq üçün düşməni yox etməsini də öyrənməlisən. Xüsusən torpaqlarmıza qarşı hücum edən düşmənin əsgərlərinə qarşı acımsız olmaq lazımdır. Düşmən tərəfin müharibədə iştirak etməyən qocasına, qadınına və uşağına mərhəmətli davranılmasını da öyrətməliyik. Belə olanda uşaqlarımız həm düşmənə qarşı mübarizə aparmağı öyrənəcək, həm də müharibənin əxlaqi qayda qanunlarına əməl edəcəkdir. Bizim düşməndən əsas fərqimiz elə budur.

 

  • Bu kimi təbliğatların aparılması baxımından KİV size qane edir?

 

  • Bir cəmiyyətin formalaşmasına KİV’lər əlahəddə rol oynayır. Yuxarıda dediyim kimi, çağımız elm və texnalogiya çağıdır. Ancaq bu qədər qarmaqarışıq, hərcür məlumatın olduğu virtual aləmdən necə baş çıxartmaq olar? Burada cəmiyyətin KİV’lərinə böyük iş düşür, amma nə yazıq ki, Azərbaycan KİV-lərinə baxanda bu o qədər urəkaçan görsənmir. KİV sadəcə əyləncə məkanı deyil, özünütənqid mədəniyyətini də formalaşdırmaq lazımdır. Ailəcə oturub rahatlıqla baxa biləcəyimiz TV programlarına çox ciddi ethiyac var. Bununla birlikdə TV-lərdə cəmiyyətə faydası olan bütün mövzularda rahatlıqla danışmaq imkanı olmalıdır. Əyrini əyri, doğrunu doğru deyə biləcək proqramlara və jurnalistlərə çox ehtiyacımız var. Yazılı mətbuatımız da eyni vəziyyətdədir. Bir neçə mətbuat orqanı xarici əyləncəni mərkəzə alan xəbərlərə üstünlük verdikləri müşahidə edilir. Misal üçün, Azərbaycanda hər hansı bir qəzetin öz abunəçilərinə bir kitab hədiyyə etdiyini görməmişik. Hələ ki, heç birini!

 

  • Biz oxucularımıza xeyli adda və sayda kitablar, xüsusi ilədə vətənpərvərlik mövzusunda əsərlər hədiyyə edirik. Həm də tez-tez!

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz