Aydın Səfərov: “Rəqiblərdən fərqli olaraq – xəstələrimin hamsı müalicədən sonra komplekssiz gülə birlər” » Hərbiand

Son Dəqiqə:

Aydın Səfərov: “Rəqiblərdən fərqli olaraq – xəstələrimin hamsı müalicədən sonra komplekssiz gülə birlər”

HEÇ VAXT TƏSLİM OLMA

 Belə bir deyim var: “Təəssüflər olsun ki, taleni sığorta şirkətinə çevirmək mümkün deyil, bunun üçün maksimum həddə məbləğ ödəməyə hazır olsan belə…” Bəli, bəzən nə qədər zəhmət çəkirsən çək, taleyinə yazılandan artığına sahib ola bilmərsən. Təxminən bu il may ayının əvvəlləri çox savadlı və bacarıqlı bir gəncdən müsahibə almışdım. Avropa çepionatına hazırlaşırdı. Ancaq yarış ərəfəsi məşqlərdə ayağından zədə alan gənc idmançı yarışa qoşula bilmədi, amma bu hadisə onda olan əzmi də azaltmadı. Bu günki həmsöhbətim Həkim-stomatoloq və Taykvondonun freestile növü üzrə Azərbaycan milli yığma komandasının üzvü Aydın Səfərovla olan müsahibəni “Hərbi and” oxucularına tıqdim edirik.

 

  • İstəyirəm pozitivlərdən başlayaq. Ən çox nə ilə qürurlanırsan?

 

  • Hər dəfə özümü həkim-stomatoloq və Taykvondonun freestile növü üzrə Azərbaycan milli yığma komandasının üzvü deyə təqdim etməkdən hər zaman qürür duymuşam. Çünki mən vətənimi sevirəm və bu kəlmələri dilə gətirəndə də hiss edirəm ki, məhz vətənimçün çalışmaq, uğur qazanmaq istəyirəm.başqa daha bir səbəbdə bu sözləri ürəkdən demək üçün çox çətinliklərə sinə gəldim, qısa desək asan olmayib.

 

  • Artıq vətəndəsən. İşlər yaxşıdır?

 

  • Bəli. Bildiyiniz kimi ali təhsil aldığım müddətcə vətəndən uzaq idim. Artıq vətəndəyəm, bu isə məni çox ruhlandırır. Açığı desək mən Kieyevdədə heç sixilmırdım. Çünki Ukraina xalqıda bizim kimi qonaqpərvər, mehriban və dostluğun məhsuliyyətini hiss edən millətdirlər. Ancaq şair yaxş deyib, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı!”Mən çox çətinliklə təhsil aldim, indi isə işlərimin her hansi formada inkşafı məni sevindirməyə bilməz. Ancaq hələ çox çalişmalı oduğumu anlayıram.

 

  • Avropa çempionatına qatıla bilməmişdin. Nə yaxşı pəs etmədin?

 

  • Bildiyiniz kimi yariş 7-8 may 2017 ci il tarixində Yunanistanın Rhodos şəhərində baş tutdu. Mən isə ciddi səbəblərdən dolayə o yarışa qatila bilmədim. Ancaq bu o demək deyildi ki, mən pəs edəcəm. Missiyamı tamamlamadığımı hesab edirəm. Onunüçün də birinci qayda – heç vaxt təslim olma, ikinci qayda – hər zaman birinci qaydani xatırla prinsipi ilə…

 

  • Nələr baş verdi, niyə yarışa qatıla bilmədin?

 

  • Avropa çempiyonatına təqribən beş gün qalmiş, son yoxlama məşkləri zamanı qəza oldu və sağ ayağımda vətər qırıldı. Buda sadəcə cərrahi əməliyyatla bərpa olunur və elə bu səbəbdən də yarışa qatıla bilmədim. Hər nə qədər məyyus olsam da Ukrainalı məşkçim Aleksandr Evgeneviç Efimenkonun sözləri mənə çox ciddi təhsir etdi. O, dedi ki, Aydın sən artıq çempionsan, illərdir sənə “mümkün deyil, bacarmayacaqsan” deyənlərə adını Avropanın ən güclülərinin yarışdığı yarışa yazdırmağınla isbat etdin ki, səninçün hər şey mümkündur və sən güclüsən.

 

  • Budapeştdə baş tutacaq yarışla bağlı nə düşünürsən?

 

  • Budapeşt Open A-klass Avropa turneridir və Macarıstan Taekvondo Federasiyasının təşkiltçılığı ilə 7 Oktyabrda baş tutmalıdır. Hesab edirəm ki, nəticə yaxşı olacaq. Ancaq idman surprizləri sevir, hərşey ola bilər. Bu yarış mənim üçün əməliyyatdan sonra bir nov tatamini, hakimləri, rəqibləri, tribunanı hiss etmək üçün çox vacibdir. Çünki ora hamı yarışmaq və qalib olmaq üçün gəlir. Orda heç kimə maraqlı deyil ki, mənim əməiyyatdan sonra ilk yarışımdır. Məhs bu səbəbdən daha da ciddi məşklər edirəm ki, vətənimi laiqincə temsil edim.

 

  • Bu yarışa qatılmaqçün xüsusi şərtlər var?

 

  • Bələ, bu yarış A-klass olduğu üçün idmançının lisenzyali idmançı oması şərtdir və digər xırda detallar da var ki, indi onları sadalamq istəmirəm. İnşAllah yarış sonrası bird aha söhbətləşərik.

 

  • Bu günə qədər sənə dəstək olanlar bu gün də yanındadır?

 

  • Bildiyiniz kimi hər nə etsəniz sonu gəlib müəyyən məbləğdə dayanır. (gülür) İstər idmanda və isdərsədə başqa peşədə… Çünki bir idmançının yarışlarda iştrakı üçün hərdən çox ciddi məbleğ lazım olur və həmin məbləğ bu günədək mənə bir peşəkar idmançı kimi heç vaxt ayrılmayıb. Həmçinin də mənim kimi bir çox idmançıya… Ancaq mən dayanmadan mübarizə apardım. Çünki mən vətənimi, Azərbaycanımı sevirəm, gördüyüm işdən zövq alıram. Bbəzən mənə dostcasına gülürdülər ki, “ac qarına nə sevgi eee…” Ancaq mən həmişə cavabımda deyirdim ki, əsil sevgi ele ac qarına isbatlanır. Sevgi maneleri aşmaq deməkdir. Sevgi qarşılıqsız sevmək deməkdir. Əger mən maddiyyatı düşünüb hərşeyi dayandırsaydım onda bu vətənə sevgi yox, vətənlə biznes olardı.

 

  • Bir sözlə, bütün mübarizələrinin nəticəsi olaraq, artıq bu yarışa yollanırsan eləmi?

 

  • Bəli. Lazım olan məbləğə gəldikdə isə, Sədərək Ticarət Mərkəzinin rəhbərliyinə, Demore pərdə salonuna,  Aristokrat  klinikasina və şəxsən Məmməd Rahim müəllimə təşəkkür edirəm ki,  bütun xərcləri öz üzərlərinə götürüb məni bu mübarizədə tək qoymadılar. Mən isə əlimdən gəldiyi qədər, buna cavab olaraq hamımıza qələbə sevinci yaşatmaq üçün çalışacam.

 

  • İşaAllah. Dişlər üzərində güc sınamaq asandı yoxsa rinqdə?

 

  • Hər ikisi də məsuiyyətli və çətindir. Ancaq hər iki sahədə işimi sevdiyim üçün bütün məqamlardan zövq aliram. Rəqiblərdən fərqli olaraq – xəsdələrim hamsi mualicədən sonra komplekssiz gulə birlər. (gülür)

 

  • İnşAllah bu yarışdan əlidolu dönərsən…

 

  • İnşAllah ki…

 

 

 

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz