Daha bir şəhər İŞİD terrorçularından xilas edildi » Hərbiand

Son Dəqiqə:

Daha bir şəhər İŞİD terrorçularından xilas edildi

İraq Silahlı qüvvələri İŞİD terrorçularının işğal altında saxladığı Kərkükün Havicə rayonuna girib. Vetenperver.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İraqın dövlət telekanalı yayıb.

Məlumatda bildirilir ki, polis xüsusi təyinatlılar və İrana bağlı Haşdi-Şabi qüvvələri Havicə şəhərinə girib və İŞİD terrorçularına qarşı başlanan əməliyyat uğurla başa çatıb.

Qeyd edək ki, İraqın baş naziri Heydər Abadi sentyabrın 29-da verdiyi açıqlamada, Havicəni xilas etmə əməliyyatının ikinci mərhələsinin başladığını demişdi.

Şərh Yaz