Lavrov: “Türkiyənin bu işi bacardığına inanırıq” » Hərbiand

Son Dəqiqə:

Lavrov: “Türkiyənin bu işi bacardığına inanırıq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Suriyada və İraqda stabilliyin təmin edilməsində Türkiyənin və İranın əvəzsiz rolu olduğunu deyib. Vetenperver.Az portalının verdiyi məlumata əsasən, Rusiyanın baş diplomatı bu iki ölkə ilə münasibətlərə və əməkdaşlığa əhəmiyyət verdiklərini bildirib.  

“Türkiyə ilə İranın, Suriya və İraqda təsis edilmiş stabillikdə böyük rolu vardır. Rusiya ilə Türkiyə arasındakı müştərək səylərin, Suriyadakı vəziyyəti daha da yaxşılaşdıracağına inanırıq.

Hesab edirik ki, həmin səylər, İŞİD və Nüsra cəbhəsi ilə digər terror qruplaşmalarının müqavimət mərkəzlərini zəiflətdiyi kimi ölkədəki siyasi rejimin gələcəyi barədə tərəflər arasında konstruktiv və ətraflı bir dialoq üçün lazım olan şərtləri təmin edəcək.” – deyə XİN rəhbəri bildirib. 

Şərh Yaz