Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqal yarandı » Hərbiand

Son Dəqiqə:

Türkiyə ilə ABŞ arasında diplomatik qalmaqal yarandı

ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb.

Vetenperver.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin rəsmi internet saytında yaydığı bəyanatda bildirilir. Viza məhdudiyyətinə, bu günlərdə ABŞ-ın İstanbuldakı baş konsulluğunun əməkdaşının həbsi səbəb olub. Məlumata görə, qərar naməlum müddətə qədər qüvvədə qalacaq. 

ABŞ-ın bu addımına rəsmi Ankaranın da avabı gecikməyib. Türkiyə də rəsmi Vaşinqtonun qərarına cavab olaraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.

Bu barədə isə Türkiyənin Vaşinqtondakı səfirliyinin “Tvitter” səhifəsində bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilib.

Şərh Yaz