Dövlət Baxçalı: “İraq bölünsə, Türkməneli dövlətləşməlidir!” » Hərbiand

Son Dəqiqə:

Dövlət Baxçalı: “İraq bölünsə, Türkməneli dövlətləşməlidir!”

“Kərkükün təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir.”

Vetenperver.Az-ın məlumatına görə, bu sözləri Türkiyədə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

Paytaxt Ankarada keçirilən “Kərkük sevdalıları görüşür” tədbirində çıxış edən Baxçalı 5 min ülkücünün Kərkük üçün hazır olduğunu vurğulayıb.

“Köksüz ziyalıların, şəxsiyyətsiz qələm sahiblərinin məsləhətinə ehtiyacımız yoxdur. Hamının bildiyi özünə qalsın. Hamı tədbirli olsun və danışacağı sözün nəticəsini fikirləşsin. Əgər 5 min ülkücü hazırdır demişəmsə qərar verilmiş və söz ağızdan çıxmışdır. Boş danışmırıq. Bərzaninin könüllü agentləri öz palçıqlarında oynasınlar.”

Ülkücü lider bildirib ki, fitnənin qarşısını almaq Türkiyənin ən təbii hüququdur:

“İraqın ərazi bütövlüyü Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Bu, Suriya üçün də keçərlidir. Hər iki ölkə bizim həmsərhəd qonşumuzdur. Kərkükün təhlükəsizliyi Ankaranın təhlükəsizlyi deməkdir. Fitnənin qarşısını yerində almaq Türkiyə dövlətinin ən təbii və təxirə salınmaz hüququdr.” – deyə Baxçalı bildirib.  

Dövlət Baxçalı çıxışını kəskin ifadələrlə yekunlaşdırıb:

“İraq bölündükdən sonra ya Türkməneli dövlətləşməli, ya da 82 Kərkük, 83 Mosul olmalıdır. (Türkiyənin 81 vilayətindən sonrakı ardıcıllıq nəzərdə tutulur). Biz Kərkükdə olmasaq, Diyarbəkiri də vermiş olarıq. Kərkük yay kimi çəkilmiş, soba kimi isinmişdir.” – deyə MHP lideri çıxışını yekunlaşdırıb. 

Şərh Yaz