Donald Tramp İsraili məyus etdi » Hərbiand

Son Dəqiqə:

Donald Tramp İsraili məyus etdi

Prezident Donald Tramp yaxın vaxtlarda İsrailin paytaxtı Tel-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürməyi planlaşdırmadıqlarını deyib.

Vetenperver.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti iştirak etdiyi TV proqramında açıqlama verib.

Aparıcının sualına cavab verən Tramp, İsrail-Fələstin sülh prosesində yeni bir plan üzərində işlədiklərini deyib. Dövlət başçısı həmçinin iki ölkə arasında sülhü təsis etmənin mümkünsüz olmadığını qeyd edib:

“Hazırda bir plan üzərində işləyirik. Hamı illərcə bu planın bir işə yaramadığını deyib. Bütün razılaşmaların ən çətini İsral ilə Fələstin arasında təsis ediləcək sülhdür deyirlər. Amma biz buna müvəffəq olmağa cəhd edəcəyik. Səfirliyi Qüdsə köçürmək barədə düşünmədən öncə bir şeyi ə sınamaq istəyirəm. İsrail-Fələstin arasında sülhün təsis edilməsi nəticə etibarilə Yaxın Şərqdə sülhü bərqərar edəcək.”

Yeni planın vaxtı barədə məlumat verməyən Tramp yaxın günlərdə bu barədə qərar qəbul edəcəklərini deyib.

Xatırladaq ki, seçki vaxtı Trampın vədlərindən biri də ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürmək olmuşdu. 

Şərh Yaz