Türkiyə ordusu Suriyaya girdi » Hərbiand

Son Dəqiqə:

Türkiyə ordusu Suriyaya girdi

Türkiyə silahlı Qüvvələrinə (TSK) mənsub bir qrup kəşfiyyatçı Suriyaya girib.

 

Vetenperver.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargah idarəsinin rəsmi internet saytında məlumat yayılıb.

 

“İctimaiyyətin diqqətinə!

 

… Hal hazırkı mərhələdə atəşkəs rejimini izləmək məqsədilə təminatçı ölkələrin silahlı qüvvələrinə mənsub hərbçilərdən ibarət “Gərginliyi Azaltmaq Nəzarət Güc”ünün tərkibindəki TSK əsgərləri, İdlib bölgəsində həyata keçiriləcək hərəkat çərçivəsində müşahidə məntəqələri yaratmaq üçün oktyabrın 8-dən kəşfiyyat fəaliyyətlərinə başlayıblar.

 

TSK əsgərləri bölgədəki vəzifələrini Astana prosesində təminatçı ölkələrlə əldə edilmiş qaydalar çərçivəsində icra edir.” – deyə TSK-nın bəyanatında bildirilir.  

Şərh Yaz