Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ofislərini bağlayır » Hərbiand

Son Dəqiqə:

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ofislərini bağlayır

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (ICRC) Əfqanıstandakı 2 ofisini bağlayacağını, 1 ofisin isə fəaliyyətini məhdudlaşdıracağnı açıqlayıb.

 

Vetenperver.Az xəbər verir ki, fəaliyyəti dayandırılacaq ofislər ICRC-nin Şimali Əfqanıstandakı Faryab və Qunduz vilayətləri şöbəsi, fəaliyyəti məhdudlaşdırılacaq ofis isə Bəlx vilayəti şöbəsidir. Bağlanmağa səbəb kimi ofislərin silahlı hücumlara məruz qalması və burda çalışan heyətin ölüm təhlükəsi ilə üz-üzə olması göstərilr.   

 

Qeyd edək ki, ötən ilin dekabr ayından bəri məruz qalınan hücumlarda 6 nəfəri yerli 7 ICRC əməkdaşı ölüb və 3 nəfər qaçırılıb. Qaçırılanlar daha sonra azadlığa buraxılıb.

 

ICRC-nin Əfqanıstandakı  missiyasının sədri Monika Zanarelli ölkənin şimalındakı fəaliyyətlərini dayandırmaqdan başqa variant olmadığını deyib.  

 

Ötən ay isə ispan fizioterapevt Lonera Enebral Parez Bəlxdə bir xəstə tərəfindən ICRC-yə aid reabilitasiya mərkəzində öldürülmüşdü. 

Şərh Yaz