Müharibə qazisi Türkiyəyə çempionluq qazandırdı » Hərbiand

Son Dəqiqə:

Müharibə qazisi Türkiyəyə çempionluq qazandırdı

Amputa Futbolu üzrə Avropa Çempionatında İngiltərə yığmasını 2:1 məğlub edən Türkiyə milli komandası Avropa Çempionu oldu.

Vetenperver.Az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Türkiyə “Vodofon Park”da baş tutmuş qarşılaşmada ilk qolu türklər vurub.

Qarşılaşmanın 25-ci dəqiqəsində Ömər Güləryüzün vurduğu dəqiq zərbə Türkiyə yığmasını 1:0 önə çıxardı.

Qarşılaşmanın ikinci yarısında qonaq komandadan Uestbrukun vurduğu qol hesabı bərabərləşdirib 1:1.

Bərabər hesabla başa çatan oyunda təyin edilən uzatma dəqiqələrindən türklər məharətlə istifadə ediblər. Uzatma dəqiqələrində Osman Çakmak vurduğu qolla komandasını önə çıxarıb, bu, Türkiyəyə Avropa Çempionluğu qazandırıb 2:1.

Qeyd edək ki, Amputa Futbolu üzrə Türkiyə yığmasının kapitanı olan Osman Çakmak həm də müharibə əlili və qazisidir. Türkiyənin şərq vilayəti Şırnakda xüsusi təyinatlı hərbçi olan Çakmak, minaya düşərək sol ayağını itirib. 

Şərh Yaz