Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi » Hərbiand

Son Dəqiqə:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi

11 oktyabr 2017-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi, Cocuq Mərcanlıya həsr olunmuş videorolikin nümayişi ilə başladı.

 

Tədbirdə iştirak edən çıxışçılar – SHXÇDX-nin idarə rəisi polkovnik Yusif Mirzəyev əsası ümumilli lider tərəfindən qoyulmuş ordu quruculuğunun çox uzun və şərəfli yol keçdiyini, həmçinin indi də ali baş komandanın keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ordumuzun günü-gündən gücləndiyini, Azərbaycan ordusunun cənubi Qafqazın ən güclü ordusu olduğunu, bundan əlavə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini vurğuladı və oktyabr çağrılışında hərbi xidmətə yola salınan gənclərə ürək sözlərini və arzularını bildirərək öz çıxışını yekunlaşdırdı.  Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Respublikasının keçmişi və bu gününü müqayisə edərək hazırki Azərbaycan ordusunun nə qədər güclü olduğunu, Azərbaycanlı oğulların-qızların istər SSRİ dövründə, istərsə də müasir dövrdə hər zaman vətənpərvər, millətsevər və vətən uğrunda lazım gələrsə həmişə, sevə-sevə canlarından belə keçməyi gözə aldığını vurğulayaraq əlavə etdi ki, Azərbaycanın igid övladları həm ikinci dünya müharibəsində, həm Əfqanıstan müharibəsində iştirak edərək öz şücaətlərini göstərib, şəhidlik zirvəsinə ucalıb, bir sıra orden və mükafatlarla təltif olunublar. Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışına bir neçə gündən sonra, 18 oktyabr Azərbaycan tarixi üçün çox əlamətdar bir hadisə olan müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik edərək başladı və sözlərini Ümumilli Lider Heydər Əliyevin cümlələri ilə davam edərək, dünyada ən böyük nemətin istiqlaliyyət və azadlıq olduğunu və tez bir zamanda işğalda olan torpaqlarımızı da geri alacağımızı vurğuladı. Həmçinin əlavə etdi ki, müasir Azərbaycan ordusu buna qadirdir və hazırdır. Tədbirin yekun çıxışını isə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov etdi, o gənclərə vətənpərvər olmağı, hər zaman vətəni sevməyi, lakin bunu təkcə dildə yox, əməldə də göstərməyi, lazım gələrsə, vətən uğrunda canını fəda etməkdən çəkinməməyi tövsiyə edərək, şəhidliyin necə uca bir zirvə olduğunu vurğuladı. Xaləddin İsgəndərov həmçinin əlavə etdi ki, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu əvəzsizdir.

 

Çıxışçılar eyni zamanda Gənclərin dövlətimizin inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri olduğunu bildirərək Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğunun, həm də gənclər siyasətinin mühüm rolu olduğunu bildirdilər.

 

Tədbirin gedişində fəxri fərman və mükafatlar da təqdim edildi. İlk olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tədbirin təşkilatçılığında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərən Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkür plaketini təltif etmək üçün, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov səhnəyə dəvət olundu. Həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərinə görə” mükafatının təltif olunması üçün şəhid Emin Bağırovun atası İmran Vəzirxanoğlu Bağırov, onun ardınca isə, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qədimoğlu Qurbanlı səhnəyə dəvət olundu.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşmüş Qarabağ müharibəsi veteranları hər zaman Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diqqət mərkəzində olmuşdur. Vətən uğrunda xidmətlərinə görə, təltif edilmiş mükafatı təqdim etmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Valeh Nəcəfov, mükafatı almaq üçün isə, Qarabağ müharibəsi veteranı Fizuli Həsənov səhnəyə dəvət olundu.

Gənclərin çağırışa qədərki hazırlıq fənninin tədrisində xüsusi fərqlənən hərbi rəhbərlərimiz heç də az deyil. Sözü gedən tədbirdə eyni zamanda, hərbi rəhbərlərimizdən biri, Binəqədi Rayonu şəhid, milli qəhrəman Namiq Fərəczadə adına 100 saylı orta məktəbin hərbi rəhbəri Cəlal Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən gənclərə çağırışa qədərki hazırlıq fənninin tədrisində və vətənpərvərlik işinin aparılmasında səmərəli fəaliyyətinə görə mükafatlandırıldı. Həmin məktəbin 10-cu sinif şagirdi İsrail İsayev gənclərin çağırışa qədərki hazırlıq fənnində yüksək nailiyyətlərinə görə təltif edilmiş mükafatı almaq üçün səhnəyə dəvət olundu və bununla da mükafatlandırma mərasimi sona çatdı.

 

Tədbirin bədii hissəsində Nuray Rəhman və 3 saylı orta məktəbin xoru “İgid əsgər möhkəm dayan”, Aysun Əsgərova “Siz ey, super dövlətlər”, 283 saylı orta məktəbin şagirdlərinin bayraq kompozisiyası, Rəşad Hacızadə “Haray”, “İlahə” xalq çalğı alətləri ansamblının üzvləri və 179 saylı orta məktəbin şagirdi Bahar Abışova “Azərbaycan əsgəri” şeiri və yenə də 179 saylı orta məktəbin şagirdləri “Şəhidlər Kompozisiyası” təqdim olundu. Vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edərək tədbiri yekunlaşdırdı.

Şərh Yaz