Gəncliyə Yardım Fondu Onların Həyatına Sevinc Qatdı » Hərbiand

Son Dəqiqə:

Gəncliyə Yardım Fondu Onların Həyatına Sevinc Qatdı

10 oktyabr 2017-ci il tarixində millət vəkilləri Sona Əliyeva və Ülviyyə Ağayevanın təşkilatçılığı və Gəncliyə Yardım Fondunun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində Gəncə, Şəmkir və Tovuz rayonlarından olan üç fiziki qüsurlu şəxsə əlil arabası təqdim olunub. Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevin və Millət vəkili Sona Əliyevanın şəxsən iştirakı ilə serebral xəstəliyindən əziyyət çəkən Gəncə şəhərindən olan Məmmədov Yasin Vüsal oğluna və Şəmkir şəhər Dəllər kəndinin sakini Əliyev İsmayıl Niyaməddin oğluna əlil arabaları ünvanında təqdim olunub. Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək dəyərləndirən Millət Vəkili Sona Əliyeva bu cür xeyriyyə işlərinə görə fond rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Şərh Yaz

23

Kateqoriyasız