Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi » Hərbiand

Son Dəqiqə:

Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi

Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Vetenperver.Az xəbər verir ki, bu barədə məlumatı Prezidentin rəsmi saytı yayıb.

Qeyd edək ki, bundan sonra çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılacaq.

Qanunda edilən dəyişikliyə əsasən Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğuna görə, burada xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, həmin şəxslərin vəzifələrini itirdikdən sonra belə məlumat daşıyıcısı olmaları nəzərə alınaraq, onların qeydiyyatı məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq. Bununla həmin şəxslərin məxfiliyi qorunub saxlanacaq.

Şərh Yaz