Türkiyənin alacağı S-400 raketi ABŞ-ın sanksiya siyahısında » Hərbiand

Son Dəqiqə:

Türkiyənin alacağı S-400 raketi ABŞ-ın sanksiya siyahısında

Rəsmi Vaşinqton Rusiyaya tətbiq edəcəyi sanksiya siyahısına “S-400” maddəsi də əlavə edib.

Vetenperver.Az Türkiyə mətbuatına istinadən bildirir ki, bu maddəyə görə, S-400 raketlərini istehsal edən və satan firma da ABŞ-ın “qara siyahısına” düşəcək.

ABŞ Dövlət Departamenti tərəfindən hazırlanan və Konqresə göndərilən layihə siyahı “New York Times” nəşrində yayılıb. Bu layihəyə, S-400 müdafiə sistemləri ilə  Kalaşnikov silahlarını istehsal edən və satan şirkətlərin “qara siyahıya” salınması daxil edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert yekun siyahının rəsmən elan ediləcəyini, siyahıda olan şəxs və qurumlarla əməkdaşlıq edən 3-cü tərəflərə verilən 3 aylıq müddətin yanvarın 28-də dolacağını deyib.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə, daha sonra Səudiyyə Ərəbistanı Rusiyadan S-400 havadan müdafiə sistemləri almaq üçün rəsmi Moskva ilə razılığa gəliblər.

Şərh Yaz