Türkiyə prezidenti Azərbaycana səfərə gəlir » Hərbiand

Son Dəqiqə:

Türkiyə prezidenti Azərbaycana səfərə gəlir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlir.

Vetenperver.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, “Esenboğa” hava limanından Ərdoğanı parlamentin spikeri İsmayıl Kahraman, Ankara valisi Ercan Topaca, Ankara polis rəisi Servet Yılmaz və digər rəsmi şəxslər yola salıb.

Səfərdə prezident Ərdoğanı ölkənin birinci xanımı Əminə Ərdoğan, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, təhsil naziri İsmet Yılmaz, milli müdafiə naziri Nurettin Canikli, nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Əhməd Arslan müşayiət edir.

Ərdoğanın “Bakı-Tiflis-Qars” dəmir yolunun açılışında iştirak edəcəyi, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Ələt stansiyasına qədər qatarla səyahət edəcəyi gözlənilir.

Qeyd edək ki, prezident R.T.Ərdoğanın olduğu təyyarə yerli vaxtla saat 10.00-da (Bakı vaxtıyla 11.00-də) yola düşüb.

Şərh Yaz