“Əlil və veteran zabitlərin sosial müdafiəsinə dəstək” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi » Hərbiand

Son Dəqiqə:

“Əlil və veteran zabitlərin sosial müdafiəsinə dəstək” layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirildi

30 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyi “Əlil və veteran zabitlərin sosial müdafiəsinə dəstək” layihəsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu 151 saylı orta məktəbdə yeniyetmə və gənclərlə görüş keçirdi.

Tədbirdə “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədri e.o. general-mayor Məmmədhüseyn Sarıyev, Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədr müavini, e.o. polkovnik Həsən Əmirov, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, Azərbaycan bayrağı ordenli e.o.  polkovnik Xətai Baxışov, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri e.o. polkovnik İbrahim Ağacanov və  Azərbaycan bayrağı ordenli e.o. polkovnik Hikmət Ağayev iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədri e.o. general-mayor Məmmədhüseyn Sarıyev çıxışında Bakı şəhəri, Nəsimi rayonu 151 saylı orta məktəbin rəhbərliyinə, həmçinin bütün təşkilatçılara təşəkkürünü bildirdi və daha sonra əlavə etdi ki, başqa məktəblərdə də yeniyetmə və gənclərlə bu cür görüşlər keçirilməli, gənclərə vətənpərvərlik ruhu aşılanmalı və təbliğ edilməlidir. , Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təfəkkür daşıyıcısı kimi əsl vətəndaş olaraq yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd etdi və vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsəd olduğunu, bundan başqa, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin mühüm əhəmiyyətini vurğuladı. “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədr müavini, e.o. polkovnik Həsən Əmirov çıxışında bildirdi ki, əsası Ümumilli Lider tərəfindən qoyulan ordu quruculuğu çox uzun və şərəfli yol keçib və indi də ali baş komandanın keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq ordumuz günü-gündən güclənir. “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin Səbail rayon şöbəsinin sədri, Azərbaycan bayrağı ordenli e.o.  polkovnik Xətai Baxışov son vaxtlar bu sahədə müəyyən addımlar atılmasını təqdirəlayiq hal kimi qiymətləndirərək gənclərin bu sahədə daha da formalaşması üçün orta məktəblərdə bu cür görüşlərin artmasının labüd olduğunu əlavə etdi. “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin Nərimanov rayon şöbəsinin sədri e.o. polkovnik İbrahim Ağacanov ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğunda ümummilli lider Heydər Əliyevin rolunun əvəzsiz olduğunu vurğuladı. Azərbaycan bayrağı ordenli e.o. polkovnik Hikmət Ağayev çıxışında qeyd etdi ki, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rolu əvəzsizdir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu bildirdi. Bakı şəhəri, Nəsimi rayonu 151 saylı orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva çıxışında bildirdi ki, məktəblərində şagirdlərə vətənpərvərlik ruhunun aşılanması və təbliğ edilməsinə xüsusi diqqət yetirilir. Daha sonra o, tədbirdə iştirak edən bütün çıxışçılara öz təşəkkürünü bildirərək tədbiri yekunlaşdırdı.

Şərh Yaz