Ağcəbədi Pedaqoji Kollecində tələbə və müəllimlərin iştirakı ilə görüş keçirilib » Hərbiand

Son Dəqiqə:

Ağcəbədi Pedaqoji Kollecində tələbə və müəllimlərin iştirakı ilə görüş keçirilib

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Cəbhəyanı bölgələrdə yaşayan əhali ilə görüşlərin keçrilməsi” layihəsi çərçivəsində Ağcəbədi Pedaqoji Kollecində tələbə və müəllimlərin iştirakı ilə görüş keçrildi.
Gənc Nəslin Maarifləndirilməsi İctimai Birliyin sədr müavini, layihə rəhbəri köməkçisi Mikayıl Həsənli layihə haqqında ümumi məlumat verərək bildirdi ki, cəbhəyanı bölgələrdə yaşayan bəzi sakinlərimiz Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrinin hərəkətini və dislokayiya məntəqələrinin foto və videosunu çəkib internetdə yaymaqla qürür duyduqları ordunu özləridə bilmədən və heç istəmədən çətin duruma salırdılar. Bu layihənin həyata keçrilməsində məqsəd cəbhəyanı bölgələrdə yaşayan sakinlərimiz arasında maarifləndirmə işi aparmaqla onlarıda bu kimi hallara qarşı mübarizəyə cəlb etməkdir. Sonra söz layihənin eksperti Taleh Əliyevə verildi. T. Əliyev bildirdi ki, informasiya komunikasiya texnalogiyalarının inkişafı digər sahlərdə olduğu kimi gündəlik həyatımızda birmənalı iz buraxmır. İnformasiya komunikasiya texnalogiyalarının çoxsaylı müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləridə təəssüflər olsun ki, gündəlik həyatımızda baş verən reallıqlardır. Ölkəmizdə son nəsl mobil telefon aparatlarından və sürətli internet xidmətindən əhalinin bütün təbəqələri çox rahatlıqla istifadə edirlər. Son illər daha da populiyarlaşan sosial şəbəkələr dünyada olduğu kimi bizimdə ölkədə ən operativ xəbər qaynağına çevrilmişdir. Təəssüflər olsun ki, peşəkar mediadan fərqli olaraq sosial media istifadəçiləri paylaşdıqları məlumatların əhəmiyyətini və məsuliyyətini dərk etmirlər. Bu reallıq dünyanın hər bir yerində mövcuddur. Amma müharibə şəraitində olan ölkələr çalışırlar ki, peşəkar mediada olduğu kimi sosial mediada da dövlət və hərbi sirr hesab olunan məlumatların yayılmasının qarşısını alsın. Düşmən tərəfinin kəşfiyyat yolu ilə çox çətinliklə əldə etdiyi məlumatları sosial media istifadəçiləri çox raatlıqla və “oprativcəsinə” sosial media vasitəsilə anında paylaşır və bununlada düşmənin işini xeyli asanlaşdırmış olur. Bu qəbildən olan öz fəaliyyət əksər hallarda məkirli niyyət ilə deyil, paylaşdığı məlumatların əhəmiyyətini və məsuliyyətini dərk etməməkdən irəli gəlir. Belə xoşa gəlməz bir vəziyyət ilə ölkəmiz keçən il aparılan aprel döyüşləri zamanı üz-üzə qaldı.

Görüş, Ağcəbədi Pedaqoji Kollecinin müəllim və tələbələrinin müzakirələri ilə davam etdirildi.

 

Şərh Yaz