“Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində sonuncu təlim keçrildi. » Hərbiand

Son Dəqiqə:

“Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində sonuncu təlim keçrildi.

Bu gün, noyabrın 25- də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azad Müəllimlər” İctimai Birliyi tərəfindən həyata keçirilən “Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi çərçivəsində keçrilməsi planlaşdırılan sonuncu təlim keçrildi. 
Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbdə keçrilən təlimdə 23 müəllim və valideyn iştirak edirdi. İçtirakçılardan 10 nəfəri valideyin 13 nəfəri isə müəllim idi.
“Azad Müəllimlər” İctimai Birliyinin nümayəndəsi, layihənin əlaqələndiricisi Taleh Əliyüev layihə haqqında ümumi məlumat verərək bildirdi ki, layihənin icra planına uyğun olaraq layihə çərçivəsində sonuncu təlim keçrilir və bununlada “Təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığına dəstək” layihəsi yekunlaşır. Biz çalışacayıq ki növbəti illərdə də müəllim-valideyn əməkdaşlığına dəstək məqsədilə yeni layihələr həyata keçirək.
Sonra söz layihənin təlimçisi Nüşabə Mehtiyevaya verildi. N. Mehtiyevaya təlim-tərbiyə prosesində müəllim-valideyn əməkdaşlığı haqqında təlim iştirakçılarına geniş məlumat verdi. Uğurla keçən təlimin sonunda iştirakçılar belə təlimlərin tez-tez keçirilməsinin çox vacib olduğunu vurğuladılar.

Şərh Yaz