Əli Cəfəroğlu: “Hər dövrün öz qayda-qanunları və bu qaydalar çərçivəsində yaşamağa məhkum edilmiş insanlar toplusu var” » Hərbiand

Son Dəqiqə:

Əli Cəfəroğlu: “Hər dövrün öz qayda-qanunları və bu qaydalar çərçivəsində yaşamağa məhkum edilmiş insanlar toplusu var”

TƏRBİYƏNİN BEŞİYİ AİLƏDƏ YIRĞALANIR

 

 

Maraqlı hadisələr təkrarlananda daha da maraqlı olur, hardasa qavranması asanlaşır və artıq təb

liğata xidmət edir. Yəqin elə buna görədir ki, bəzən bir müsahiblə olan söhbətimiz həftələrcə davam edir. Təbii ki, bütün söhbətlərin məğzində yeni nəslin düşüncə tərzinə, milli dəyər anlayışına və vətənpərvərlik hislərinin gücləndirilməsinə xidmət edir.

 “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”mövzusunda ötən həftəki həmsöhbətim, yazıçı Əli Cəfəroğlu ilə olan müsahibənin ikinci hissəsini “Hərbi and” oxucularına təqdim edirik.

 

       Uşaqlar üzərində tətbiq olunan cəza tədbirlərinə münasibətiniz

 

       Hindlilərin belə bir müdrik sözü var, uşaqla beş yaşa qədər şah kimi davran, beşdən on beşə qədər nökər kimi, on beşdən sonra isə dost kimi. Yəni uşaqlara cəza yox, tərbiyə vermək lazımdır. Bu da öz əksini inandırmaq, mütaliə etmək, təbliğat etməklə yanaşı, valideyn davranışının nümunəviliyi ilə paralel şəkildə getməlidir.

 

       Görülən tədbirlər arasında mükafatlar da var.

 

       Uşaqların həvəsləndirilməsi də vacib amillərdəndir. Onları yalnız cəzalandırmaq, tənbeh etmək, danlamaq deyil, həm də dəstək olmaq, qayğı və diqqət göstərmək lazımdır. Qayğı əhatəsində olduqda özlərinə daha inamlı, işlərində isə işgüzar və həvəsli olurlar. Mükafatlar da bu zaman verilir.

 

       Gənclər isə valideynlər tərəfindən müxtəlif qadağalarla qarşılaşır. Bu barədə nə deyə bilərsiz?

 

       Gənclərə valideynlər tərəfindən müəyyən qadağalar qoyulması, əlbəttə, vacibdir. Onlar nəyin pis, nəyin yaxşı olduğunu anlamalı və zərərli vərdişlərdən kənarda qalmalıdırlar. Yeniyetmələrə sağlam həyat tərzi təbliğ edilməli, bunun müsbət cəhətləri izah olunmalıdır. Amma bu qadağalar kəskin şəkildə deyil, mülayim və əsaslandırılmış şəkildə izah edilməli, inandırıcı tərzdə deyilməlidir.

 

       Təbii ki, milli dəyərlərin aşılanması gəncliyi köhnəliklərə sürükləməkdən keçmir.

 

       Əlbəttə ki, gəncliyi köhnəliyə sürükləmək doğru yanaşma tərzi deyil. Belə ki, zaman dəyişdikcə, insanlar da dəyişir. Onlar cəmiyyətin tərkib hissəsi kimi bu proseslərdən kənarda qala bilməzlər. Hər dövrün öz qayda-qanunları və bu qaydalar çərçivəsində yaşamağa məhkum edilmiş insanlar toplusu var. Heç kəs cəmiyyət həyatından təcrid olunmuş şəkildə yaşaya bilməz. Odur ki, cəmiyyət həyatı inkişaf etdikcə, dünyaya inteqrasiya genişləndikcə, təbii bir proses kimi insanlar da dəyişir və indiki nəsil keçmiş nəsildən köklü şəkildə fərqlənməyə başlayır.

 

       Bəzi gənclər arasında kənd həyatını bəyənməzlik sizcə,  nədən irəli gəlir?

 

       Əlbəttə ki, bəzi gənclər... Çünki bu fikri bütün insanlara şamil etmək olmaz. Çünki həmin insanların ata-babaları vaxtilə kəndlərdə doğulmuş, boya-başa çatmış və ali məktəbi bitirdikdən sonra Bakı şəhərində işlə təmin olunaraq qalmışlar. Deməli, indiki şəhərlilər vaxtilə məhz əyalətlərdən, kəndlərdən təşrif buyurmuş kəndlilər və onların nəsilləridir. Kim kəndi və kənd adamlarını sevmirsə, deməli, öz keçmişini sevmir və öz ata-babasına hörmət etmir. Gəncləri bu baxımdan da maarifləndirmək lazımlıdır və hətta vacibdir.

 

       Təhsil sistemindən razısız?

 

       Vaxtilə sovet cəmiyyətində sovet təhsil sistemi tətbiq olunurdu. Bu sistem öz üstünlükləri ilə bütün dünyada yaxşı mənada fərqlənirdi. Məhz bu sistümdə təhsil almış alimlərimiz, ziyalılarımız bundan bəhrələnərək istər vətənimizdə, istərsə də vətən hüdudlarından kənarda Azərbaycanı layiqincə təmsil etmişlər. Lakin sovetlər birliyi dağıldıqdan sonra hər yerdə təbii proses olan dəyişikliklərin başlanğıcı qoyuldu və Azərbaycan da bu dəyişikliklərin tərkib hissəsi kimi ABŞ-Avropa təhsilinin sintezi olan sistemi seçdi. Artıq təhsilimiz on ildir ki, təhsilin təşkili, məzmunu və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəd olan kurikulum proqramları əsasında tədris olunur. Bu, davamlı bir prosesdir və təhsil sahəsində aparılan islahatlar çərçivəsində müsbət dəyişikliklər öz əksini tapır. Odur ki, sistemdən narazı qalmaq üçün heç bir əsas yoxdur. Əsas məsələ müəllimlərin bilik, bacarıq və peşəkarlığının artırılmasıdır ki, bu da müəllimlərin diaqnostik qiymətləndirilməsi prosesindən sonra daha böyük aktuallıq kəsb etməyə başladı.

 

       Sizcə, repetitor xidmətindənnə zamana kimi yararlanmalı olacağıq?

 

       Qayd etdiyim kimi, təhsildə davamlı və mütərəqqi islahatlar aparılır. Ötən tədris ilindən pilot layihə kimi, bu dərs ilindən isə rüspublikanın bir çox yerlərində tətbiq olunmağa başlayan təmayülləşmə, yəni təmayüllü siniflərin açılması da məhz şagirdlərin bilik, bacarıq və meyllərinin dörd istiqamət– humanitar, texniki, riyazlyyat-iqtisadiyyat və təbiət tədris sahələri üzrə daha da yüksəlməsinə və eyni zamanda, repetitor xidmətinin getdikcə sıradan çıxmasına gətirib çıxaracaqdır.

 

       Toplumub intellektuallığı sizi qane edir?

 

       Heç bir cəmiyyətdə mümkün deyil ki, hamının intellektual səviyyəsi yüksək olsun. Çünki hər bir fərd müxtəlif xarakterə, dünyagörüşünə və mədəniyyətə malikdir. Ümumi şəkildə deyə bilərəm, harada ki, təhsilə, elmə, oxu mədəniyyətinə barmaqarası yanaşılır, orada heç bir intellektual səviyyədən söhbət gedə bilməz.

 

       Kitabxanalar, həmçinin kitab mağazaları gec-gec ziyarət olunan məkana çevrilibƏyləncə məkanlarını isə əksəriyyət tanıyır.

 

       Doğrudan, necə oldu ki, insanlar respublikanın hər bir bölgəsində, hətta ucqar kəndlərində belə fəaliyyət göstərən kitabxanalardan üz döndərməyə başladı. Belə ki, sovet cəmiyyəti iflasa uğradı, Azrbaycan öz müstəqilliyini bərqərar etdi, Ermənistanın təcavüzü nəticəsind torpaqlarımızın iyirmi faizi işğal olundu, bir milyondan çox soydaşımız öz ata-baba torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrildilər. Bütün bu proseslər xalqın yaddaşında dərin izlər buraxdı. Eyni zamanda bu gün elmi-texniki tərəqqinin inkişafı elə yüksək həddə çatmışdır ki, insanlar internet resurslarından, müxtəlif sosial şəbəkələrdən istifadə edərək öz tələbatlarını ödəyirlər. Deməli, internetin inkişafı kitab oxunmasına böyük təsir göstərir. Hətta qəzetlər də internetdə elektron qaydada yayımlandığından insanlar qəzetləri də internet vasitəsilə oxuyur. Amma buna baxmayaraq paytaxtda insanlar, az da olsa kitabxanalara üz tutur, yeni çap olunmuş kitabları alır və oxuyurlar. Bundan başqa  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla dünya klassiklərinin, Azərbaycan şair və yazıçılarının əsərləri latın qrafikası ilə çap olunmuş, respublikanın bütün kitabxanalarına paylanmışdır. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bütün ümumtəhsil məktəblərində mütaliə vərdişlərinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq müsabiqələr təşkil edilir. Təhsil TV-nin “Məktəblilər üçün oxu” layihəsində hər həftənin şənbə günləri müəlliflər Günəş ARB televiziya kanalı vasitəsilə məktəblilərə hekayə oxuyurlar. Ötən il Nazirliyin əmri ilə kiçikyaşlı uşaqlar üçün nəzm, nəsr və dram əsərləri müsabiqəsinin keçirilməsi,  qaliblərin mükafatlandırılması, əsərlərinin kitab halında nəşr edilməsi və yaxın günlərdə bütün məktəb kitabxanalarına verilməsinin nəzərdə tutulması onu göstərir ki, bu sahəyə dövlət tərəfindən diqqət və qayğı göstərilməsi işi davam edir. Əyləncə məkanlarının tanınmasına gəlincə. Çoxluq ona görə əyləncə məkanlarını tanıyır ki, televiziyalarda səhərdən axşama kimi kitabxanalar yox, əyləncə məkanları, onların ünvanları haqqında məlumatlar təbliğ olunur. Kitabxanalar təbliğ olunsa, onda insanlar bu sirlər xəzinələrinin yerlərini bilib tanıyardılar. Hətta mən təklif edərdim ki, bu reklam çarxlarında kitabxanalarımız və yazıçılarımızın əsərləri də  təbliğ olunsun.

 

       Bu gedişlə müasirlik yerini yabançılığa vermir ki?

 

       Xeyir! Düşünürəm ki, zaman keçdikcə bu məqamlar aradan qaldırılacaq. Çünki belə daha uzun müddət davam edə bilməz. İndiki halda, sadəcə dünyada qloballaşma prosesi gedir. Azərbaycan Avropa ailəsinin tərkib hissəsinə çevrildiyindən milli-mənəvi dəyərlər tədricən dəyişir. Müasirləşmə inteqrasiya ilə birbaşa əlaqəli olduğundan cəmiyyətdə daim yenilənmə prosesi gedir. Odur ki, müasirlliyi bayağılıqla əlaqələndirmək doğru deyil, hər birimizin vəzifəmiz ondan ibarət olmalıdır ki, bu prizmada mənəviyyatımızı və milli-mənəvi dəyərlərimizi qoruyaq və bəzi məqamlarda yabanılığı təmsil edən halları aradan qaldıraq.

 

       Gənclərdə aydın mövqe, yenilikçilik görürsüz?

 

       Bəli. Gənc nəslin sabahına ümidlə baxıram. Onların içərisində elələri var ki, biliyi, qabiliyyəti, dünyagörüşü və mənəviyyatı ilə başqalarından xeyli-xeyli fərqlənir. Yüksək təhsilli, zəngin mənəviyyatlı, fəal vətəndaş mövqeyinə malik belə gəncləri gördükdə, sevinməyə bilmirsən. Axı, sağlam və vətənpərvər gənclər nə qədər çox olsa, cəmiyyətə daha  faydalıdır.

 

       Aparılan islahatlarda, ölkədə və ölkə xaricində Azərbaycan naminə görülən əksər işlərdə, gənclərin əməyi var.

 

       Bəli. Bu, gənclərdə milli mənlik şüuru və vətənpərvərlik hisslərinin daha da yüksəlməsindən qaynaqlanır. Təhsildə aparılan islahatlar təhsilin yüksəldilməsinə hesablanmış addımlardır. Bunun məntiqi nəticəsi olaraq gənclərimiz həyatın müxtəlif sahələrində daha yaxşı nəticələr əldə edir və islahatların həyata keçirilməsinə öz töhfələrini verirlər.

 

 

 (Ardı var)

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz