Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Kürdəmirdə növbəti tədbirini keçirdi-FOTO » Hərbiand

Son Dəqiqə:

Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Kürdəmirdə növbəti tədbirini keçirdi-FOTO

Bu gün, noyabrın 28-də Kürdəmir şəhəri T.İsmayılov adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olmuş Əbu Bəkir İsmayılova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və anım tədbiri keçrilmişdir.
Tədbirdə T.İsmayılov adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, yazı müsabiqəsinin qalibləri və şəhid Əbu Bəkir İsmayılovun anası Rəna İsmayılova iştirak etmişdir.

Tədbiri T.İsmayılov adına 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov açaraq bildiri ki, bu gün Kürdəmir məktəbliləri arasında şəhid Əbu Bəkir İsmayılova həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq və şəhid Əbu Bəkir İsmayılovun əziz xatirəsi bir daha anılacaq. Daha sonra Vüqar Nəsirov sözü Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızına verdi. Səidə Bahadur qızı tədbir iştirakçılarına “Bizim Qəhrəman Şəhid” layihəsi haqqında geniş məlumat verdikdən sonra sözü layihənin ekspertləri İlham İsmayıla və Taleh Əliyevə verdi. İlham İsmayıl aprel döyüşlərinin taixi və siyasi əhəmiyyətiondən danışaraq bildirdi ki, aprel şəhidlərinin qərəmanlığı haqqında bu kimi tədbirlərin keçrilməsi gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsi baxımından çox əhəmiyyətlidir və gələcəkdə də davamlı olmalıdır. Daha sonra çıxış edən digər ekspert Taleh Əliyevdə çıxışı zamanı bildirdi ki, oda həmkarı ilə eyni fikirdədir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ölkədə vətənprvərlik ideyalarını geniş təbliğ etmək lazımdır. Heç şübhəsiz ki, bu işi görən zamanda ilk örnəyimiz şəhidlər olmalıdır. Xalqımızın xoşbəxt və firavan yaşamaları, dövlətimizin müstəqilliyi, vətənimizin düşmən tapdağı altında qalmaması üçün onlar öz həyatlarını fəda etməklə əsil qəhrəmanlıq nümunəsin ortaya qoydular.
Tədbirin sonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu. 1-ci yerə Kürdəmir şəhər 3 saylı tam orta məktəbin şagirdi Sənan Qasımov, 2-ci yerlərə Kürdəmir şəhəri 1 və 6 saylı tam orta məktəblərin şagirdləri Aytac Şərifova və Xələfov Kamil və 3-cü yerlərə isə Kürdəmir şəhər 1 saylı tam orta məktəbin gagirdləri Aynur Rəhimova,Əsmayə Yolçuyeva və Elvinə Məhəddinova layiq görüldü. 

Şərh Yaz