Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdi » Hərbiand

Son Dəqiqə:

Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyi Saatlıda növbəti tədbirini keçirdi

Bu gün, noyabrın 29-da Saatlı şəhəri 2 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Bizim Qəhrəman Şəhid” layihəsi çərçivəsində Qarabağda şəhid olmuş Fariz Novruzova həsr olunmuş yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması və anım tədbiri keçrilmişdir.
Tədbirdə 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, yazı müsabiqəsinin qalibləri və şəhid Fariz Novruzovun atası Əlabbas Novruzov iştirak etmişdir.
Tədbiri 2 saylı tam orta məktəbin direktoru Zabit Rüstəmov açaraq qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra bildiri ki, bu gün Saatlı şəhəri 2 saylı tam orta məktəbin şagirdləri arasında şəhid Fariz Novruzova həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılacaq və şəhid Fariz Novruzovun əziz xatirəsi anılacaq. Daha sonra Zabit Rüstəmov sözü Media və Təhsil İnnovasiyaları Mərkəzi İctimai Birliyinin sədri Səidə Bahadur qızına verdi. Səidə Bahadur qızı tədbir iştirakçılarına “Bizim Qəhrəman Şəhid” layihəsi haqqında geniş məlumat verdikdən sonra sözü layihənin ekspertləri İlham İsmayıla və Taleh Əliyevə verdi. İlham İsmayıl Qarabağda canlarını vəda etmiş şəhidlərin qərəmanlığı haqqında danışaraq bildirdi ki, bu kimi tədbirlərin keçrilməsi gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsi baxımından çox əhəmiyyətlidir və gələcəkdə də davamlı olmalıdır. Daha sonra çıxış edən digər ekspert Taleh Əliyevdə çıxışı zamanı bildirdi ki, oda həmkarı ilə eyni fikirdədir. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, ölkədə vətənprvərlik ideyalarını geniş təbliğ etmək lazımdır. Heç şübhəsiz ki, bu işi görən zamanda ilk örnəyimiz şəhidlər olmalıdır. Xalqımızın xoşbəxt və firavan yaşamaları, dövlətimizin müstəqilliyi, vətənimizin düşmən tapdağı altında qalmaması üçün onlar öz həyatlarını fəda etməklə əsil qəhrəmanlıq nümunəsin ortaya qoydular. Şəhid Fariz Novruzovun atası Əlabbas Novruz ovda çıxış edərək şəhid vailəsinə göstərilən diqqət və qayğıdan razılığını bildirdi və gəncləri vətənpərvər ruhda böyüyərək ölkəmizə və xalqımıza layiqli övlad olmağı arzuladı.
Tədbirin sonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi oldu. 1-ci yerə Saatlı şəhər 1 saylı tam orta məktəbin şagirdi Vasif Möhsümzadə, 2-ci yerlərə Saatlı şəhəri 1 saylı tam orta məktəbin şagirdləri Aysun İsayeva və Süleyman Süleymanov və 3-cü yerlərə isə Saatlı şəhər 1 saylı tam orta məktəbin şagirdləri Tərlan Hüseynov, Əlağa Həsənov və İsa Mehdiyev layiq görüldü. 

Şərh Yaz